“Yuxuda ət gördüm, bədbəxtlikdir” – Çox zaman yuxuda ət görən insanlar, bu yuxunun ona bədbəxtlik gətirəcəyini düşünür. Yuxudan sonra həyatda qarşılaşdıqları hər çətinliyi gördükləri yuxu ilə uyğunlaşdırmağa çalışırlar.
Bəs yuxuda ət görmək nəyə yozulur? Bu suala “Gencaile.az” saytının “Yuxuyozma” rubrikasında cavab tapacağıq.
Yuxuda bişmiş ət görmək halal mal deməkdir. Çiy ət isə, hər zaman uğursuzluğa yozulur. Xəstəlik, dərd, sıxıntı olaraq başa düşülür.
Yuxuda qəssabdan ət alan şəxs xəstələnər. Ətin pis qoxusu varsa, vəziyyət daha ağırdır.
İmam Cəfəri Sadiq yuxuda ət görməyi mal, miras, kədər və faciə olaraq yozurdu. Təzə ət ölümə və ya dedi-qoduya işarədir.
Yuxuda ilan əti görmək düçmən tərəfindən qazanılacaq mala işarədir. İlan əti bişibsə, düşmənin dedi-qodusuna tuş gələcək.
Yuxuda vəhşi heyvanların və quşların əti mala, donuz əti haram mala işarədir. Basdırma isə, ölülərin arxasınca dedi-qodu etmək deməkdir.
Yuxuda dəvə əti yemək xəstələnmək, ancaq sonradan sağalmağa işarədir.
Öz evində parçalanmış qoç əti görən şəxs, tanımadığı biri ilə dost olar. Evində parçalanmamış qoç əti, görünməz bəlanın gələcəyinə işarədir. Əgər ət yağlıdırsa, ölən bir yaxınından ona miras qalacaq.
Yuxuda çiy ət yediyini görən şəxs xeyrə çatar, bişmiş ət yemək var-dövləti artırar.
Kabab edilmiş ət qorxmaqdır. Əgər hamilə biri bu yuxunu görsə, oğlan uşağı dünyaya gətirəcək. Bəzi yuxu yozanların fikrincə, kabab edilmiş ət ruzi-bərəkətə və ucuzluğa işarədir.
Toyuq əti, qadın tərəfindən mənfəət əldə edəcəyiniz mənasını verir. Toyuq əti xəstəlikdən şəfa tapmağa, səfərə və səyahətə işarədir.
Balıq əti, rahat qazanılan ruzidir.
İnsan əti, düşmənə qalib gəlməkdir.
Yuxuda öz ətini görmək varlanmağa işarədir.
Adətən yuxuda ət gördüyünü zaman, qan da görərsiniz. Yuxuda qan görmək isə, yaxınlarınızdan birinin çətinliyə düşəcəyinə işarədir.
Qan quyusuna düşdüyünü görən şəxs, haram mal əldə edəcək.
Öz üzərində qan görmək, kiminsə yalan danışacağından xəbər verir.
Yuxuda burnunun qanadığını görən hamilə qadın uşağını itirər. Kişi üçün isə, bu yuxu haram mal deməkdir.
Burundan axan bir iki damla qan mənfəətə işarədir.
Bəzən yuxuda həddən artıq qan görmək, yuxu sahibinə edilən yardımın kəsiləcəyinə işarədir.
Kimsə yuxuda öz qanını içdiyini görsə, xəstələnəcəyinə işarədir.
İlahin Zaman