BOYUMBAGI

Uzun boyunbağılar yazın əsas dəbi olacaq?

Baxış sayı: 476

Biz trendlərin müxtəlifliyindən hər zaman zövq alırıq. Yalnız bir trendin diktə etdiyi dövrlər çoxdan geridə qalıb. İndi dəb arenasında ultraminilər, A-kəsimli zərif midilər, Meri-Ceyn baletkalar, itiburunlu dikdabanlar, krujeva və məxmər çokerlər, həmçinin uzun zəncirli boyunbağılar eyni dərəcədə aktualdır.

İri kulonu olan uzun zəncirlər ən son trendlərdən biridir və onlar gələcək yaz-yay mövsümünün əsas hitinə çevriləcəklərini vəd edirlər.

Uzun müddətdir ki, dizaynerlər zərgərlik seçimində yekdil fikirdədirlər. Belə ki, uzun boyunbağılar bir çox brendin kolleksiyalarında yer alıb. Bununla belə, onların hamısı, şübhəsiz ki, bir-birindən fərqlidir. Qabriela Herst “Chloé” ilə vida kolleksiyasında dərin dekolteli paltarları və topları ağ mina ilə örtülmüş böyük gümüş kulon ilə birləşdirməyi təklif edib. Belə bir bəzək ölçüsünə baxmayaraq, lakonik forması sayəsində minimalist görünür. Odur ki, onları müxtəlif obrazlara asanlıqla uyğunlaşadıra biləcəksiniz. Həmçinin “The Row” moda evi qara şnur üzərində hamar metal bəzəkləri, “3.1 Phillip Lim” hazırda dəbdə olan ürək kulonu, “Maison Margiela” isə minimalizmi və nazik uzun zəncirləri dəbə gətirib.

Pyerpaolo Piccioli alıcılarını bir neçə qızıl üzükdən ibarət daha böyük kulonlarla sevindirib. Belə boyunbağılar yalnız sadə paltarlarla uzlaşdırılmalıdır, əks halda bəzək təsviri “çox yükləyəcək”. Əsl mineral parçasını xatırladan daha bir təsiredici kulonu “Carven” kolleksiyasında tapmaq olar. “Courrèges” də çox nazik, demək olar ki, görünməz zəncirdə böyük bir metal kulon taxmağı təklif edib.

Bu cür bəzək nümunələri əsasən klassik rənglər və fasonlarla daha effektli görünür. Uzun boyunbağılar çiyin dekolteli paltarlar üçün də ideal seçim olacaq. Onlar obrazın üst hissəsini çox yükləmədən düzgün şəkildə vurğulamağa imkan verəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir