balqabaq tumu

Min bir dərdin dərmanı olan 1 MANATLIQ ÇƏRƏZ

Baxış sayı: 566

Balqabağın faydaları çoxlarınız tərəfindən yaxşı bilinir. Amma, balqabaq tumunun faydası haqqında çox az insan bilir.

Balqabağı təmizlədiyimiz zaman içərisindən çıxan tumu bəlkə də çoxumuz zibilə atırıq.Amma inanıram kı, bu xəbərimdən sonra bunu bir də təkrar etməyəcəksiniz.

Tərkibi bir çox vitaminlərlə zəngin olan şirin balqabaq kalsium, fosfor, dəmir, maqnezium, natrium, kalium kimi minerallar cəhətdən də zəngin bir tərəvəzdir. Balqabaq tumu, qış balqabağından əldə edilir.

Balqabaq tumunun 100 gramındaki (qabıqsız) enerji və qida elementləri aşağdakılardır:

Enerji 610 kkal

Zülal 30 g

Yağ 50 g

Karbonhidrat 10 g

Kalsium 40 mg

Demir 10 mg

Fosfor 1144 mg

Vit E 10-12 mg

Faydaları:

– Qabizliyə yaxşı təsir edir.

– Mədə bulantısını aradan qaldırır.

– Qurdları tökməyə köməkçi olar.

– Balqabaq tumundakı karotenoid və omeqa-3 yağlarının prostat xərçəngi riskinin aazalmasına kömək edir.

– Oynaqların iltihabı müalicəsində müsbət nəticələrə gətirib çıxarmışdır.

– Ürək-damar sisteminin sağlamlığına yaxşı təsir edir.

Balqabaq tumu çərəz olaraq yeyilə bilindiyi kimi salatlara, çörək növlərinə əlavə edilə bilər. Amma istehlak edərkən çox duzlu olmamasına, qovrulmuş olmamasına və də miqdarına diqqət etmək lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir