Xeyale Quliyeva

Uşaqların əmgəyi ilə bağlı bilmədikləriniz – PEDİATR YAZIR

Baxış sayı: 1. 219

Pediatriyada olan yanlışlardan daha biri əmgək və kəllədaxili təzyiq diaqnozudur. Əmgək haqqında bilməniz gərəkən məlumatları öyrənin ki, aldanmayasınız. Beləliklə, bu məqalədə məhz bu haqda danışacağıq.

Əmgəyin tibbi adı fontaneldir. Əslində yenidoğulan uşaqlarda miqdari 6-dır. Ön əmgək, arxa əmgək və hər 2 tərəfdə olan yan əmgəklər. Normal yeni doğulmuşlarda bunlardan ön və arxa əmgək açıq qalmış ola.bilir. Arxa əmgək ilk 4-8 həftə ərzində bağlanmış olur. Anaların qorxunc röyası böyük əmgək 3-18, bəzən isə 24 aya qədər baglanmış olur. Bəzən hətta 28 ayda da əmgək bağlanmaya bilər. Uşaqda başqa şikayətlər yoxdursa, bu da normaldır. Hətta böyük əmgək qapalı doğulan uşaqlarda normal sayıla bilər. Önəmli olan baş ölçüsünün aylıq artımının normal olmasıdır. Əgər bu normaldırsa, qorxmağa gərək yoxdur. Bu o deməkdirsə, sizin uşaqda əmgək problemi yoxdur.

Əmgək nəbz kimi vura da bilər ki, bu da normal.haldır. Vitamin D preparatının profilaktik dozası əmgəyin balacalaşmasına və ya bağlanmasına səbəb olmur. Bu səbəbdən vitamin D verməməyə və ya dayandırmağa gərək yoxdur. Əgər uşaqda başqa şikayətlər yoxdursa, sizi narahat eden yalnız uşağın balaca və ya böyük əmgəklə doğulmasıdırsa, relaks olun.

emgek

Bir əmgəklə diaqnoz qoyulmur. Uşağın əmgəyi böyükdürsə, uşağa 4 aydan kəsmik filan verməyin, çünki kəsmiyin belə bir möcüzəvi gücü yoxdur. Unutmayın ki, övladlarınızı sağlam böyütmək sizin ən önəmli vəzifənizdir. Çalışın bu vəzifəni layiqincə yerinə yetirəsiniz, əziz analar!

Mövzunu çox uzatmaq olardı. Sizi yormamaq üçün bu haqda növbəti məqalədə bəhs etməyi qərara aldım.

 

Pediatr Xəyalə Quliyeva




13 şərh “Uşaqların əmgəyi ilə bağlı bilmədikləriniz – PEDİATR YAZIR

  1. Fatma

    Məncə, körpələr böyüdükcə kəllə sümükləri sərtləşir və birləşir. Beləliklə, uşaqlarda əmgək zamanla kiçilir və bağlanır.

    Cavabla
  2. Mensure Mehtiyeva

    Həkim, mümkünsə, bir sualıma cavab verin. Kəllədaxili təzyiqin artması, sümük xəstəlikləri, genetik xəstəliklər, hipotiroidizm və D vitamini çatışmazlığı kimi hallarda uşaqlarda əmgək normaldan daha böyük olur və gec bağlanır, yoxsa bu sadəcə mifdir?.

    Cavabla
  3. Aysu Baxisova

    Əslində, bir valideyn olaraq, körpənizin əmgəyi üçün xüsusi bir şey etmək lazım deyil. Sadəcə olaraq, uşaqlarda əmgək və körpənizin böyümə və inkişafı ilə bağlı baş verə biləcək dəyişikliklər haqqında kifayət qədər məlumatınız olmalıdır. Təbii ki, xəstəlik zamanı baş verə biləcək dəyişiklikləri bilmək də vacibdir.

    Cavabla
  4. Toğrul Mövsümov

    Salam doktor bizim ushagin pediatiri ushagin emgeyini yoxladi ölcüləri normaldir dedi lakin emgeyi bir az gergindir dedi. Bunun ucun uahaga metabolin yazdi. Sizce icsirek o siropu ya yox?

    Cavabla
  5. Vusale

    Salam Doktor Menim oglum 4ayliqdi.d vitamini saxlamiwam vermeliyem?baw olcusu nolmaldi.oglumda bele bir problem var boynu duz tutmur eyri tutur boynunu.bawinda eyrilik var.sag teref batiq sol teref eksine.deyirler ki bir terefinde yatanda ele olur.ama men her defe deyiwdirirem bunu nece duzeltmek olar???cox xahiw edirem cvb yazasiz

    Cavabla
  6. Gulnar Eliyeva

    Doktor oynaqlarda xircilti varsa 6ayacan usaqda d vit dozunun artirilmasi olmalidirmi

    Cavabla
  7. Rayam Zade

    Salam doktor…menim oglumun 2 ayina az qalib.beyninde narahatciliq var deyirler.aparatla yoxlayiblar ve mualice yaziblar.beleki emgeyi kicik olcudedi dogulandan.ve gucenmeyi vardi.buda beynine gore imis.sakitlesdirici yaziblar ama yarida kesdim fenobarbital.aglamagida sadece qulagina goredi deyir…bilmek isteyirem bunun ucun yeniden basqa hekime muraciet etmelitemmi.eslinde normal usaqdi.gunun ikinci yarisi aglayir.boynunu arxaya atir.ana suduylede qidalanir.beyninde bosluq olardi su yigilardi deyirler.muaıicede ise 2-3 derman yazilib.isoton burun damcisi .fenobarbital.cerimag.triampur.

    Cavabla
  8. Xocavend Miks

    Salam həkim menim korpem yeni dogulub 5gunlukdur emgeyi cox balacadi el vuranda cox az his edirsen . Cox qorxuram ona göre. Bunun mualicesi var? Nese problem yaratmaz korpemde emgeyin berk olması

    Cavabla
  9. Elnure Hesenli

    Salam hekim. Menim qizim 18 ayliqdi basinin olcusu 45 sm. Boyu 80 sm cekisi 10 kqdi. Emgeyi helede aciqdi sizce problem yoxduki?

    Cavabla
  10. Laçın Xəlilova

    Salam doktor.Cavablandırsaz sevinərəm.Mənim oğlum 3yaş 4aylıxdı əmgəyi normaldı amma əmgəkdən yuxarı hissə qabarıxdı bu normaldımı?Birdəki gün ərzində çox ağlayır hər cüzi şeyədə ağlayır..Niyə belədir?

    Cavabla
  11. Lalə Hüseynli

    Salam,doktor. 5 ayliq usagin emgeyi bitisib, cox ciddi prablemdi? Bezi pediatrlar deyib normaldi,bezileri deyib ciddidi. Sizin de fikrinizi bilmek isterdim,zehmet deyilse

    Cavabla
    1. Xeyale

      Salam hec bir problem yoxdur onemli olan bas olcusunun ayliq artimi ve psixomotor inkisafin normal olmaisidir

      Cavabla
  12. Xeyale

    Salam hec bir problem yoxdur onemli olan bas olcusunun ayliq artimi ve psixomotor inkisafin normal olmaisidir

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir