GEYIM

Zolaqlı geyinmələri necə və nə ilə uyğunlaşdırılmaq olar?

Baxış sayı: 585

Zolaqları trend adlandırmaq çətindir: axı onlar uzun illərdir ki, moda arenasını tərk etmirlər və çətin ki nə vaxtsa bu aktuallığı əldən versinlər. Bu motiv çoxyönlü xüsusiyyətləri sayəsində həm dizaynerlərin, həm də modapərəstlərin favoritidir. Müxtəlif üslublarla asanlıqla uyğunlaşır, onlara ciddilik əlavə edir və istənilən vəziyyətə uyğun gəlir.

Yaz-yay kolleksiyalarında dizaynerlər müxtəlif əşyaları zolaqlarla bəzəyiblər, işgüzar ofis köynəklərindən tutmuş pijama şalvarlarına qədər. Bəs zolaqlı geyinmələri necə və nə ilə uyğunlaşdırılmaq olar?

Klassik ağ köynəkdən bezmisinizsə, zolaqlı modelə üstünlük verin: o, hətta ən darıxdırıcı paltarı belə asanlıqla dəyişəcək. Onu ofisə gedərkən rəsmi şalvarla, teatra gedərkən zərif qələm yubka ilə birləşdirə bilərsiniz. Dostlarla görüşə gedirsinizdə, bu zaman üstünlüyü əlbəttə ki, cins şalvara vermək yerinə düşəcək. Müxtəlif motivləri bir dəstdə birləşdirsəniz, obraz daha da maraqlı olacaq. Üstəlik, fərqli naxışların uyğunsuzluğu haqqında deyilənlər çoxdan öz əhəmiyyətini itirib. Bir sözlə, “uyğunsuzların uğurlu birləşməsi” sizi mövsümün ən dəbli xanımı edəcək. Xüsusilə “Celine” və “Chanel” şoularından ilhamlanmağı təklif edirik.

Digər diqqət çəkən seçim zolaqlı şalvardır. Onun şaquli xətləri yalnız geyiminizə sərtlik qatmayacaq, həm də siluetinizi uzadaraq sizi vizual olaraq daha uzun və incə göstərəcək. Siz bu “ofis” obrazını müxtəlif elementlərlə zənginləşdirə bilərsiniz: “Dolce & Gabbana” şousunda olduğu kimi, xallı nöqtəli romantik üst və ya “Coperni” kimi parlaq köynək seçmək olar. Əgər daha zərif görünmək istəyirsinizsə, şalvar yerinə yubka geyinin. Yubkanın uzunluğunu getdiyiniz yer müəyyənləşdirəcək. Midi və maksi uzunluq ofis dress koduna, qısa modellər isə əyləncə və şənliklərə uyğun gəlir.

Dəbli print daha rahat əşyalarda da gözəl görünür. Məsələn, “Prada” yeni mövsümdə üfüqi zolaqlı uzunqollu köynəklər geyinməyi təklif edir. Başqa bir seçim cins şalvarları asanlıqla əvəz edə bilən rahat zolaqlı şalvarlardır. Onları yalnız gündəlik əşyalarla deyil, həm də rəsmi köynəklər və ya pencəklərlə uyğunlaşdırmaq mümkündür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir