usaq- komputer

Uşaqları internetdə necə təhlükəsiz saxlamaq olar? – VALIDEYNLƏRIN MENYUSUNA

Baxış sayı: 537

Yetkin insanlar internetdəki təhlükəsizliyinə əhəmiyyət verirlər, bunun üçün mürəkkəb parollar və digər qorunma vasitələri qoyurlar. Ancaq bunlar uşaqların kibertəhlükəsizliyinə kömək etmir.

Mütəxəssislər interneti uşaqlar üçün necə təhlükəsiz etmək barədə məlumat verib.

 

Birincisi, eyni dildə ünsiyyət qurun

Uşaq həmişə böyüklərlə eyni dildə ünsiyyət qurmağı bacarmalı və etdiyi hərəkətlərə görə qınanma ilə üzləşməməlidir. Amma valideynlər çox vaxt avtoritar mövqedən çıxış edirlər. Bəzi mənbələrə girişi qadağan etmək əvəzinə bunun necə nəticələnəcəyini izah etməlisiniz. Uşaq ailədəki ünsiyyətin sosial şəbəkələrdə ünsiyyətdən daha yaxşı olduğunu başa düşsə yaxşıdır.

 

İkincisi, səhvlərinizdən dərs alın

İnternetdə necə səhv etdiyinizi və ya fırıldaqçılıqla qarşılaşdığınızı uşağa izah etməkdən çəkinməyin. Böyüklər də, yeniyetmələr də, uşaqlar da səhv edə bilər və bunu başa düşmək lazımdır.

 

Üçüncüsü, uşağınıza həmişə dəstək olun

Onlayn zorakılıq çoxdankı bir reallıqdır, buna görə də uşaq ailədə müdafiə axtarmalı olduğunu başa düşməlidir. Belə olan halda valideynlər sözlərində diqqətli olmalı, onlara qulaq assaydı, belə olmazdı deməməlidirlər.

komputer

Dördüncüsü, uşaqların böyüdüyünü qəbul edin

Uşaqlar bir gün valideynlərinin nəyi çox yaxşı bacarmadığını özləri anlamağa başlayırlar. Elə bu anda böyüklərin kiçiyə verəcəyi məsləhət və ya sual münasibətləri gücləndirməyə kömək edəcək.

 

Və nəhayət, valideyn nəzarəti proqramları

Çətin ki, siz yeniyetməni smartfonunuza “Google Family” kimi proqramı quraşdırmağa inandıra biləsiniz. Ən yaxşısı bunu qarşılıqlı razılaşma ilə etməkdir. Xüsusilə bu cür proqramları gizli şəkildə quraşdırmağa dəyməz, çünki uşaq valideynlərin şəxsi məlumatlara girişindən şübhələnə bilər.

Xatırlamaq lazım olan əsas şey odur ki, uşağınızla onlayn təhlükəsizlik haqqında yalnız tam razılıq və etibarla danışa bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir