Gün ərzində ən çox istifadə etdiyimiz texnoloji cihazlardan biri də telefondur. Bir çox insanlar smartfonlarını 100 faiz enerji ilə doldurana qədər elektrik şəbəkəsinə qoşulmuş vəziyyətdə saxlayırlar. Bununla belə, telefonun nə qədər doldurulması lazım olduğunu bilmək batareyanın sağlamlığı üçün çox vacibdir. Batareyanın ömrünü 2 qat artıran ipucu budur.
Telefonunuzun batareyasını 100 faiz doldurmaq sadə bir iş kimi görünə bilər. Ancaq bir müddət sonra telefonların batareya ömrü qısalmağa başlayır. Bu, telefonunuzun sürətinin yavaşlamasına və batareyasının tez tükənməsinə səbəb olur.
Bəzi hallarda telefon tam doldurulana qədər onu elektrik enerjisindən ayırmırıq. Bununla belə, hər telefonun fərqli şəkildə işləyən müəyyən funksiyaları var. Telefonun doldurulması müəyyən bir tutuma çatdıqdan sonra şarj dolumu yavaşlamağa başlaya bilər.
Telefonu doldurarkən tez-tez diqqətdən kənarda qalan böyük problemlərdən biri telefonun eyni vaxtda istifadə edilməsidir. Telefonu şarj edərkən istifadə edirsinizsə, bir müddət sonra batareya zəifləməyə başlayacaq. Bu da nəticədə telefonların gec doldurulub və tez tükənməsinə səbəb olur.
Eyni zamanda, telefonun uçuş rejiminə keçirərək şarj edilməsi və doldurulmasını gözləmədən müəyyən fasilələrlə şarj cihazının üstündə qoymaq, zamanla köhnəlməsinə səbəb olacaq. Bir müddət sonra batareyanın zəiflədiyini görə bilərsiniz.
Bəs, telefonu necə doldurmaq lazımdır?
Telefon batareyasının enerjisinin 50-80 % arasında qalmasını təmin etməlisiniz. Bunun sayəsində batareyanın ömrünü uzadaraq heç bir problem olmadan daha uzun müddət istifadə edə bilərsiniz.
– Qısa fasilələrlə gün ərzində bir neçə dəfə şarj edə bilərsiniz. Bununla belə, telefonu enerji ilə doldurarkən ondan istifadə etməməklə siz batareyanın həddindən artıq qızmasının qarşısını almış olursunuz.
Kabelsiz şarj və enerjiyə qənaət rejimi telefonun enerjisinin doldurarkən istifadə olunan üsullar arasındadır. Çünki enerjiyə qənaət rejimi batareyanın ömrünü uzadaraq telefonun problemsiz işləməsini təmin edəcək.
– Telefonu doldurmazdan əvvəl qutusundan çıxarmalısınız. Bir çox insan gecə telefonlarını enerjidə qoyub yatır. Gecə boyunca şarj edirsinizsə, bu vəziyyətə daha diqqətli olmalısınız.
Telefonun batareyasının ömrünü uzatmaq üçün onu həddindən artıq isti və ya soyuq yerlərdə istifadə etməkdən çəkinməlisiniz. Bundan əlavə, orijinal şarj cihazından istifadə həmişə daha səmərəli nəticələr verir. Batareyanın şişməsi və ya rəng dəyişikliyi kimi problemlərlə qarşılaşsanız, ondan istifadəni dayandırmalı və mütəxəssislərlə məsləhətləşməlisiniz.
Vüsal Cahanov