CANTA

Bu çantalar mövsümün bəzəyi olacaq

Baxış sayı: 467

Klassik əşyalar qarderobumuzun əvəzsiz elementləridir. Bununla belə, onlar da bəzən sıxıcı olmağa məhkumdurlar. Xoşbəxtlikdən, qarderobumuzu şaxələndirməyə kömək edən tendensiyalar var.

Bilərzik çantalar baharın trendləri arasında özünə xüsusi yer tapıb. Bu çantalar eyni anda iki funksiyanı yerinə yetirr. O, sizə lazım olan hər şeyi yerləşdirməyə imkan verir, həm də gözəl bəzək kimi xidmət edir.

Moda nümayişlərində dizaynerlər hər zövqə və vəziyyətə uyğun bilərzik çantaları təqdim etdilər. Ümumiyyətlə, bu model klassik variantlardan çox da fərqlənmir. Yeganə fərq odur ki, onun bilərzik və ya kəmərə bənzəyən xüsusi dekorativ elementi var. Belə bir bəzəyin sayəsində üslubundan və ölçüsündən asılı olmayaraq, bütün çantaları əlinizdə daşıya bilərsiniz. Ən çox yayılmış model “Chanel” şousununda göstərilən klatçlardır. Əgər sizdə artıq zəncirli bir çanta varsa, onu sadəcə bilərzik kimi biləyinizə taxın. Bununla belə, brendlər daha qeyri-adi variantları da təklif edirlər. Məsələn, “Valentino” və “Chloé” brendləri torba çantalarnı təqdim etdilər. Pyerpaolo Piccioli onlara böyük loqolu qara zəncir, Çemena Kamali isə böyük üzük əlavə edib. Bu dekorativ elementə “Alexander McQueen”də, “Ulla Johnson”da vedrə çantasında və “Christian Dior”un baget çantalarında rast gəlinir.

Ancaq bu cür modellər sizə əlverişli görünmürsə, sadəcə metal saplı klassik çanta götürün və onu bilərzik kimi taxın. Oxşar modeli “Bottega Veneta” kolleksiyasında tapmaq olar. Görünür, Mate Blazi bubble zərgərlik trendindən ilhamlanıb və məşhur “Sardina” hörmə çantasına qalın metaldan tutacaq əlavə edib. Onu biləkdə, dirsəkdə, hətta çiyində də taxmaq olar. Təcrübə həvəskarları Miuccia Prada və Raf Simons daha da irəli gedərək çantalarına kəmər bağlayıblar. Üstəlik, yalnız miniatür çantalara deyil, daha böyük modellərinə. Bu texnikanı özünüz asanlıqla təkrarlaya bilərsiniz. Sevimli kəmərinizi götürün və çantanızın sapına bağlayın. Yeri gəlmişkən, kəmərlə çantanın uyğun olması lazım deyil: “Prada” həm də ziddiyyətli seçimlər təklif edir.

Bilərzik çantası tək taxıla və ya digər zərgərlik əşyaları ilə tamamlana bilər. Məsələn, minimalist zəncirlər və ya manşet bilərzikləri onunla əla görünəcək. Aksesuarların gözləri yormaması üçün müxtəlif yerlərdə yerləşdirilə bilər. Beləliklə, çantanı biləyinizə, qolbağı isə qolunuza taxın və ya əksinə. Yeri gəlmişkən, görünüşünüzdə müxtəlif metalları qarışdırmaqdan qorxmayın: onların uyğunsuzluğuna dair qanunlar çoxdan öz əhəmiyyətini itirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir