xosbextlik

Sağlam həyata sahib olmaq üçün nə edək? – QIZIL QAYDALAR

Baxış sayı: 150

Sağlam yaşam üçün zərərli vərdişlərdən imtina edib düzgün davranışlar formalaşdırmaq lazımdır. Sağlamlıq qiymətsiz bir sərvətdir, lakin dəyəri çox vaxt itirildikdə dərk edilir. Tam əqli, fiziki və sosial rifah halı olaraq təyin olunan sağlamlıq dünyada hər kəs üçün böyük əhəmiyyət kəsb edir. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hər il aprelin 7-13-də “Ümumdünya Sağlamlıq Həftəsi” kimi qeyd olunur. Bütün dünyada sağlam həyata diqqət çəkmək üçün həftə ərzində müxtəlif tədbirlər həyata keçirilir.

Beləliklə, Marmara Universiteti Pendik Təhsil və Araşdırma Xəstəxanası Endikrinologiya və Metabolik Xəstəliklər şöbəsinin müəllimi Eren İmrenin mövzu ilə bağlı tövsiyələrini təqdim edirik.

Sağlam davranışlar inkişaf etdirilməlidir. Daimi idman etmək əhəmiyyətlidir. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə idman etmək əzələləri gücləndirir və elastikliyi artırır. Burada zehni fəaliyyətlər də önəmlidir. Bu fəaliyyətlər idrak funksiyalarını qorumağa və təkmilləşdirməyə kömək edir. Bu kontekstdə tapmacaları həll etmək, kitab oxumaq və ya yeni bir dil öyrənmək tövsiyə oluna bilər.

Balanslı və sağlam pəhriz. Sağlam və balanslaşdırılmış qidalanma orqanizmə lazım olan vitaminləri, mineralları və digər qidaları almağa kömək edir. Bol tərəvəz, meyvə, taxıl, zülal və sağlam yağlardan ibarət pəhriz tövsiyə olunur.

Daimi yuxu mütləqdir. Yuxu vacib bir elementdir. Bədənin dincəlməsi və yenilənməsi üçün gündə 7-9 saat arasında nizamlı yatmaq kifayətdir. Stressi azaltmaq üçün meditasiya, dərin nəfəs məşqləri və yoqa etmək faydalıdır. Gigiyena qaydalarına riayət etmək mühüm amildir. Bu, infeksiya və müxtəlif xəstəliklərin qarşısını almağa kömək edir.

Zərərli vərdişlərdən imtina edilməlidir. Alkoqol istehlakını məhdudlaşdırmaq və ya tamamilə tərk etmək qaraciyər, ürək və digər orqanlar üçün faydalıdır. Bundan başqa, siqaretdən uzaq durmaq da əhəmiyyətli amildir. Çünki siqaret ağciyər xərçəngi, ürək xəstəlikləri və bir çox sağlamlıq problemlərinə səbəb olur. Buna görə də siqaret çəkməmək sağlam həyat üçün mühüm addımdır.

Həm uşaqlar, həm də yaşlılara bununla bağlı diqqət göstərilməlidir. Böyümə və inkişaf dövrlərində balanslaşdırılmış qidalanma, müntəzəm idman və yaxşı yuxu vərdişləri uşaqların gələcək sağlamlıqları üçün çox vacibdir. Bu, həmçinin yaşlılar üçün də vacibdir. Çünki yaşlandıqca orqanizmin müdafiə mexanizmləri zəifləyir və xroniki xəstəliklərin yaranma riski artır. Ona görə də yaşlı insanlar bunlara diqqət yetirməlidirlər. Diqqətli olması vacib olan digər insanlar isə xroniki xəstəliklərlə mübarizə aparanlardır. Bundan başqa, piylənmə də çağımızın önəmli problemlərindəndir. Bu problemi olan şəxslər sağlam qidalanma ilə çəkilərinə nəzarət etməli, nizamlı idmanla məşğul olmalıdırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir