Son zamanlar hamı müxtəlif üsullarla arıqlamağa çalışır. Bunun üçün müxtəlif pəhriz proqramlarından istifadə edilir.
Onlardan biri də su pəhrizidir.
Bəs su pəhrizi nədir?
Bizimyol.info xəbər verir ki, su pəhrizi bol su və yüksək maye tərkibli qidalar, içkilər və aşağı kalorili qidalanma proqramı olan pəhrizə əsaslanır. İnsan bədəninin təxminən 63-70 faizi sudan ibarətdir.
Buna görə də su sağlamlığımız üçün ən vacib amillərdən biridir. Bədənin demək olar ki, hər bir funksiyasında rol oynayan su qidalanmamızın ən vacib hissələrindən biridir. Gündəlik pəhrizimizlə yanaşı orta hesabla 2-2,5 litr su və ya kiloqrama 30 ml su içmək lazımdır. Su əslində hər pəhrizdə vacibdir və hər gün kifayət qədər miqdarda içilməlidir.
Su arıqlama prosesində çox təsirlidir, çünki bədəndəki toksinləri çıxarır, bağırsaq hərəkətlərini artırır və maddələr mübadiləsini sürətləndirir. Bundan əlavə, mədədə dolğunluq yaradacağı üçün toxluq hissini də təmin edir.
7 gün tətbiq edilən bu pəhrizdə gündə 2,5-3 litr su ilə yanaşı, bitki çayları, meyvə şirələri, tərəvəz şorbaları, meyvələr və detoks suları da istehlak edilir. Çox aşağı kalorili bir pəhriz olduğu üçün bədəndə enerji çatışmazlığı yaranır.
Bu pəhriz yalnız su istehlak etməklə və ya pəhrizə yüksək maye tərkibli qidalar əlavə etməklə tətbiq oluna bilər. Su pəhrizi ilə 1 həftəyə təxminən 7-8 kilo arıqlamaq mümkündür. Daha çox arıqlamaq üçün heç vaxt 1 həftədən çox edilməməlidir.
Diabet, hipotiroidizm, böyrək və qaraciyər çatışmazlığı, podaqra xəstələri və hamilə qadınlar su pəhrizi kimi çox aşağı kalorili pəhriz etməməlidir.
18-20 yaşdan kiçik insanlar bu cür pəhrizlərdən uzaq olmalıdırlar. Unutmayın ki, qısa müddətdə tez itirilən çəki, tez bir zamanda bərpa da oluna bilər. Buna görə də, su pəhrizindən sonra sağlam qidalanmaya üstünlük verin. Ən yaxşısı isə, dietoloqunuzla məsləhətləşərək, pəhriz tutun.
İlahin