pomada

Dünyanın ən bahalı beş dodaq boyası

Baxış sayı: 441

Dodaq boyası uzun illərdir ki, qadınlar üçün ayrılmaz və ən əsası əlverişli gözəllik aksessuarına çevrilib. Pomadaların qiymətinə gəldikdə isə onlar hər qiymətdə olur. Ancaq bununla belə kifayət qədər imkanınız varsa, burada nəzərə alınmalı beş variant var.

Beləliklə, xarici mediaya istinadla dünyanın ən bahalı 5 dodaq boyasını təqdim edirik:

 

Bunlardan biri qiyməti 400 dollar olan və yenidən istifadə edilə bilən “Bond No. 9” markalı dodaq boyasıdır. Bu pomada “Swarovski” daşlar ilə bəzədilib.

Dördüncü yeri yenə qutusu “Swarovski” daşlar ilə bəzədilmiş “Dior Rouge Premier” dodaq boyasıdır. “Fancy-Stones” kimi dəyərli daşlardan ibarət olan bu pomada “Bond No. 9” kimi geri qaytarıla və dəyişdirilə bilməz. Dodaq boyası 6 çalarda mövcuddur. Qlütensiz və veqandır. 24 karat qızıl və qırmızı hibiskus çiçəyi ekstraktı olan “Dior”un bu dodaq boyasının qiyməti 530 dollardır.

“Pacal Diamond Cupid Artpiece” dodaq boyasının xarici qabığı 2,736 karatlıq laboratoriyada hazırlanmış 342 ağ və qırmızı VVS şəffaf almazdan ibarətdir. Tutqun rəngli mələk heykəlciyi xarici qabın içərisində yerləşir. Bu, 18k çəhrayı qızıldan hazırlanmış “PASCAL” pomadasının xüsusi buraxılışıdır. Qiyməti 10 min dollar olan bu pomadaya 2 illik zəmanət verilir.

“Guerlain KissKiss Gold and Diamond” dodaq boyası dünyanın ən bahalı 15 pomada arasında ikinci yeri tutur. Pomada 15 müxtəlif çalarlarda mövcuddur. Onun korpusu naxışlı və 110 qramlıq 18 karat sarı qızıl və 199 brilyantdan hazırlanıb. Bu da bu pomadanın qiymətini artırır. Sözügedən dodaq boyasının qiyməti 62 min dollardır.

Dünyanın ən bahalı dodaq boyasının qiyməti 14 milyon dollardır. “H. Couture Beauty Diamond” dodaq boyasının bu qədər baha olmasının səbəbi 18 karatlıq xalis qızıldan hazırlanmış, çəhrayı və mavi brilyantlarla bəzədilmiş qutusudur. İstehsalçı şirkət dodaq boyasını ömür boyu ödənişsiz və limitsiz doldurmalara, həmçinin 24/7 müştəri dəstəyinə zəmanət verir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir