aile

“Al gülüm, ver gülüm”… Həyatınızda hər şey qarşılıqlıdırmı?

Baxış sayı: 465

“Həyatda hər şey qarşılıqlıdırmı?”, – deyə soruşsaq, mütləq fərqli cavablar alacağıq. Bəs sizcə sosial elmlər bu haqda nə deyir? Gəlin birlikdə araşdıraq.

Əslində qarşılığında bir şey gözləmək gündəlik həyatımızda tez-tez qarşılaşdığımız bir vəziyyətdir. Bəzilərinə görə heç bir şey təmənnasız edilmir, bəzilərinə görə isə görülən işdən heç bir mükafat gözlənilmir. Belə olan halda mən tez-tez deyirəm ki, yox, hər şey qarşılıqlıdır?

Sosiologiya ədəbiyyatına görə, həyatda hər şeyin qarşılıqlı olub-olmaması sualına cavab: “Bəli, hər şey qarşılıqlıdır!”, – deyə bildirilir və bunu Sosial Mübadilə Nəzəriyyəsi adlı nəzəriyyə ilə izah edilir.

 

Sosial Mübadilə Nəzəriyyəsinin kökləri çox uzaqlara gedib çıxır!

Çox qədim köklərə malik olan bu nəzəriyyənin ilk addımlarını 1759-cu ildə Adam Smit atdığı məlumdur. Sosial mübadilə anlayışı 1960-cı illərdə digər tədqiqatçıların diqqətini cəlb etməyə başlayandan sonra nəzəriyyə indiki formasını alıb.

 

Bəs bu Sosial Mübadilə Nəzəriyyəsi nədir?

Sosial mübadilə nəzəriyyəsi əslində hər zaman qarşılaşdığımız çox tanış bir konsepsiyanı izah edir. Sadəcə olaraq, bu, münasibətlərimizə və sosial qarşılıqlı əlaqələrimizə bir növ əməliyyat kimi baxa biləcəyimiz perspektiv təklif edir.

Başqa sözlə, nəzəriyyə münasibətlərimizi bir bazar yeri kimi görür; O deyir ki, biz verdiyimiz və aldığımız arasında tarazlıq axtarırıq.

Nəzəriyyədə deyilir ki, insanlar bir-birinə qarşılıqlı fayda gətirən şəkildə davranırlar

İstər işdə, istər romantik münasibətdə, istərsə də ailə daxilində, biz daima verdiyimiz şeylə aldığımızı ölçüb-biçirik. Buna əsaslanaraq nəzəriyyə bildirir ki, əgər bir əlaqə və ya vəziyyətdən əldə etdiyimiz şey verdiyimizdən çox olarsa, əlaqə davam edəcək; Əks halda ya bitəcək, ya da yenidən formalaşdırma lazım olacaq.

Yəni verdiyimiz şeyin müqabilində qaneedici bir fayda almasaq, bu vəziyyətdə əlaqəni davam etdirməyəcəyimiz bildirilir.

Deməli, bu nəzəriyyə qarşılıqlı fayda və xərc-gəlir balansının da davranışımıza təsir etdiyini bildirir

Qısaca desək, biz insanlar münasibətlərimizdə bir şey verəndə (istər vaxtımız, enerjimiz, emosional dəstəyimiz və ya digər resurslarımız olsun) əvəzində nəsə alacağımızı gözləyirik.

Məsələn, sevdiyiniz insana dəstək olmaq üçün vaxt ayırırsınız. Nəzəriyyə budur ki, vaxtınız sizin üçün bir xərcdir. Bunun müqabilində dostunuzdan dəstək, etibar və xoşbəxtlik kimi faydalar alırsınız. Bu, xərclərinizə qarşı əldə etdiyiniz gəlirdir.

Xülasə, nəzəriyyə insanların heç bir şeyi qarşılıqsız etmədiyini və etdikləri hərəkətdən bir fayda gözlədiklərini iddia edir. Xülasə, nəzəri cəhətdən sübut edir ki, həyatda heç nə qarşılqsız deyil.

 

Qadir




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir