Dünyanın ən qəribə cütlüyü

Baxış sayı: 1. 773

İngiltərədə yaşayan Rebeka Dinsdale adlı qadın dünyaya gəldiyi zaman həkimlər ailəsinə üzücü bir xəbər verib. Ailə ilə söhbət edən həkimlər onun qırılan sümük xəstəliyi ilə doğulduğunu, heç vaxt ayağa qalxa bilməyəcəyini və heç bir zaman köməksiz yeriyə bilməyəcəyini deyiblər. İki yaşına qədər yaşaması belə möcüzə edilən qızın ailəsi özlərini hər şeyə hazırlamışdılar. Lakin Rebeka rastlaşdığı çətinliklərlə mübarizə aparmağı bacarıb. Hazırda 31 yaşı olan gənc qadın həyat yoldaşına dünyanın ən böyük sürprizini belə edə bilib. Belə ki, həkimlərin əsla ayağa qalxa bilməyəcək dediyi qadın öz toyunda əsası olmadan yeriyə bilib. O, 2005-ci ildə internetdə tanış olduğu Norman adlı oğlanla evlənib. 35 yaşlı əri ilə xoşbəxt yaşadığını deyən Rebeka hələ də qırılan sümük xəstəliyi ilə yaşayır. Gənc qadının asqırması belə onun həyatı üçün olduqca risklidir. Hər gün yeni bir sümüyünün qırılmasından qorxa-qorxa yaşayan qadın həyata olan sevgisini itirməyib. Əri isə Rebekanı çox sevdiyini, boy fərqinin və xəstəliklərin onun üçün mənasız olduğunu deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir