idman

Qan təzyiqi və damar sərtliyi olanların DİQQƏTİNƏ!

Baxış sayı: 451

Araşdırmaya görə, 6 ay ərzində gündəlik olaraq qaçmaq damarlarınızı 4 il cavanlaşdırır. Ürək-damar xəstəlikləri və demans-beyin funksialarının itməsi  riskini əhəmiyyətli dərəcədə azaldır.

Məsələn, bu gün bu yürüşə başlasanız və onu 6 ay ərzində davamlı şəkildə həyata keçirsəniz arteriyalarınız dörd il ömcəki vəziyyətinə qayıda bilər.

MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir ki, ümumiyyətlə, qaçmaq sağlamlığa əhəmiyyətli dərəcədə fayda verir.

Nermine Abbasova

Qan təzyiqi və damar sərtliyini azaldır. Ürək-damar xəstəliklərini zəiflədir. Əgər, orta yaşlı bir nəfər 6 ay müddətində davamlı şəkildə qaçarsa, beləliklə, dörd ilə cavanlaşa bilər. Onun zamanla pisləşən bir risk faktoru olan arterial sərtliyi aradan qalxar. Çünki yaşla birlikdə, damarlar təbii olaraq sərtləşir, qan təzyiqi artır, bu da ürəkdən qan çıxmasına mane olur – ventrikulyar yüklənmə artır.

Həkimin sözlərinə görə, özünüzü qorumaq üçün ən yaxşı həll fiziki fəaliyyətdir! Qaçmaq arteriyalarda qan dövranını sürətləndirərək damarların içərisindəki hüceyrələr tərəfindən azot oksidinin və arterial sərtliyi azaldan bir maddənin istehsalına səbəb olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir