YEMEK

Asılılıq və damar tıxanmasına səbəb olan qida

Baxış sayı: 429

Uzun və sağlam ömür hər kəsin arzusudur. Sağlam qalmaq üçün yuxu rejimimizdən tutmuş qidalanma rejimimizə qədər hər şeyə diqqət etməliyik.

Bunun üçün əsas yemək kimi şorbadan daha çox istifadə etmək vacibdir. Ancaq bu şorbanı özümüz hazırlasaq, sağlam sayıla bilər. Təəssüf ki, qablaşdırılmış və hazır şorbalar sağlam deyil, əksinə zəhərlidir.

Hazır şorbanın bu qədər zərərli olmasının ən mühüm səbəbi tərkibində monosodyum glutamat, yəni Çin duzunun olmasıdır. Çin duzu insanlarda asılılıq yaradır.

Hazır şorbalarda başqa bir təhlükə, tərkibindəki natriumdur. Evdə hazırladığımız şorbanın duz nisbətini istədiyimiz kimi tənzimləyə bilərik, lakin hazır şorbalarla bu mümkün deyil.

İçdiyimiz hər qurtum hazır şorba ilə bədənimizdəki natrium miqdarını artırırıq. Natrium miqdarının artması qan təzyiqinin artması və ürək ritminin pozulması deməkdir. Bütün bunların nəticəsində ürək damarları tıxanır və xəstəlik riski artır. Ona görə də hazır şorbalardan uzaq durmaq lazımdır.

 

Gülnar




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir