psixoloq

Ştat var, bəs iş necə?

Baxış sayı: 382

Təhsil sahəsindəki problemlərə nəzər salsaq, görərik ki, onlardan ən aktual olanı orta məktəblərdə psixoloji xidmətin zəifliyidir. Son illər bununla bağlı bir çox tədbirlər görülür. Görülən bu tədbirlər nəticəsində, artıq orta məktəblərdə psixoloq ştatının adı var, bircə qalır doğru-dürüst fəaliyyəti.

Milli Məclisin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı bildirdi ki, təhsil sistemində ən önəmli vəzifələrdən biri psixoloqdur: “Bu mənada psixoloqların üzərinə böyük vəzifə və məsuliyyət düşür.  Bu, çox ağır və mürəkkəb vəzifədir. Təəssüf ki, məktəblərdə bu gün  kifayət qədər psixoloq yoxdur. Onların sayı ilə bağlı ara-sıra şikayətlər olur. Əvvəlki dövrlə müqayisədə psixoloqların sayı bir az artırılsa da, hazırda bu məsələ tam həllini tapmayıb və tapmadığına görə də  bu problemləri yaşayırıq. Bu, çox ciddi məsələdir. Buna görə  də daha həssas yanaşmalıyıq. Psixoloqlar övladlarımızla  daha sıx işləməlidirlər. Çünki hər bir ailənin psixoloji dəstəyə ehtiyac olan övladı ola bilər. Bu mənada bizim psixoloqlarımızın üzərinə mühüm vəzifə düşür. Onlar bu vəzifəni öhdəsindən layiqincə gəlməli və peşəkar olmalı, ciddi səy göstərməlidirlər ki, hər hansı çətinlik yaşanmasın. Bu vəzifənin də öhdəsindən gəlmək üçün kifayət qədər savad olmalıdır”.

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, orta məktəblərdə direktor və psixoloq bu sahəyə hələ də dırnaqarası yanaşırlar:”Araşdırmalar göstərir ki, orta məktəbdə psixoloji xidmətin zəif olması bir çox səbəblə bağlıdır. Birincisi, bu sahənin yeni olmasıdır. Yəni, orta məktəbdə psixoloq ştatı hələ tam oturuşmayıb və cəmiyyət tam şəkildə maariflənməyib. Valideyn hələ tam fərqinə vara bilmir ki, psixoloqun orta məktəbdə işi nədən ibarətdir. Ona görə də maariflənmə işi daha da geniş formada aparılmalıdır. İkinci bir məsələ psixoloqların psixoloji işi aparması üçün şəraitlərinin olmamasıdır”.

Həmsöhbətimizin  sözlərinə görə, bir qisim orta məktəbdə psixoloqlar öz işləri ilə yanaşı, başqa işləri də yerinə yetirirlər: “Psixoloqun ştat vahidinin müəyyən olunmasını zəruri hesab edirəm. Çünki bu, psixoloji işin daha yaxşı görülməsində bir motivasiya vasitəsi olacaq. Orta məktəbdə çalışan psixoloqun aldığı əməkhaqqı da digər müəllimlərin aldığı məvacibə, müəyyən qədər bərabər tutulmalıdır. Bu işlərin həll olunması, eyni zamanda, orta məktəbdə çalışan psixoloqlar üçün  mütəmadi olaraq təlimlərin, treninqlərin keçirilməsi vacibdir. Çünki orada uşaqlarla yanaşı, yeniyetmələr də təhsil alır. Onların da içərisində elələri var ki, konkret olaraq psixoloji problemləri ilə yanaşı, həm davranış, ünsiyyət problemləri var, həm də çətin tərbiyə olunan uşaqlardır. Orta məktəb psixoloqları  bütün bunları nəzərə almalıdırlar”.

Kamran Əsədov vurğuladı ki, şərait yaratmaq lazımdır və bunun müqabilində psixoloq da işini yaxşı bilməlidir. Yəni, konkret olaraq psixoloqun öz otağı olmalıdır ki, testlər apara, fərdi söhbətlərlə yanaşı, yeri gəlsə ailə ilə də söhbətlər edə bilsinlər.

Təhsil eksperti diqqətə çatdırdı ki, ümumilikdə orta məktəblərdə psixoloqların fəaliyyəti qənaətbəxş deyil. Nazirlər Kabineti tərəfindən orta məktəblərdə psixoloq  ştatının sayının  artırılması  müsbət addımdır: “Bundan sonra məktəblərdə psixoloqlar şagird sayına görə fəaliyyət göstərəcək. Belə ki, min nəfərə qədər şagirdi olan məktəbdə 1, iki minə qədər şagirdi olan məktəbdə 2, üç minə qədər şagirdi olan məktəbdə 3 psixoloq ştatı olacaq. Amma bunun özü də azdır. Təklif edirəm ki, orta məktəblərdə ibtidai siniflər, IX sinifə qədər təhsil alan şagirdlər, X-XI siniflər, hətta oğlan və qız şagirdlər üçün ayrı-ayrı psixoloq ştatı ayrılsın. Bu gün cəmiyyətdə baş verən hadisələr, informasiya bolluğu şagirdlərdə aqressiya halların genişlənməsinə səbəb olur. Ona görə də onlarla individual məşğul ola biləcək psixoloqlara ehtiyac var. Yeniliyin çatışmayan cəhəti də odur ki, 100 şagirdi olan məktəbdə də 1 psixoloq olacaq, 999 şagirdi olan məktəbdə də. Düşünürəm ki, bu say bölgüsünü dəyişmək lazımdır. Hal-hazırda ölkədə 4447 orta məktəb var və şagird sayı 3 mindən çox olan məktəblərin sayı çox deyil”.

shtat-var-bes-ish-nece

200 saylı Məktəb Lisey Kompleksinin psixoloqu, təlimçi Günel Paşayevanın sözlərinə görə, məktəb psixoloqları təhsilalanlar və təhsil verənlər üçün ilk psixoloji yardımın  göstərilməsi, uşaq və yeniyetmələrin psixiproselərinin diaqnostikası, valideyn-məktəb, uşaq-valideyn münasibətlərinin doğru istiqamətdə yönləndirilməsi, həmçinin təhsil müəssisəsinin iştirakçılarına inkişaf etdirici və profilaktik istiqamətlərdə işlərin aparılması ilə məşğul olan şəxsdir. Bu, məsuliyyətli işdə məqsəd şəxsi inkişaf istiqamətində müxtəlif təlim və seminarlara qatılaraq daha peşəkar və keyfiyyətli xidmət göstərməkdir.

“Məktəb psixoloqlarının əsas fəaliyyət istiqamətini nə təşkil edir” sualına isə həmsöhbətimizin cavabı belə oldu: “Ümumi təhsil müəssisələrində psixoloqlar bir neçə istiqamətdə, yəni psixodiaqnostika, konsultasiya , profilaktika və korreksiya işləri aparır.

 

Yaqut Ağaşahqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir