Uşaqlara cinsi tərbiyə necə və nə vaxt verilməlidir?

Baxış sayı: 2. 179

Cinsi tərbiyə, uşaqlarınız ilk mənalı suallarını soruşduqlarında və fiziki fərqililiklərinə dair işarələr özlərini göstərməyə başladığında başlayır.

Uşaqlara məktəb əvvəli necə bir cinsi təhsil verməliyik?

Uşaqlara məktəbdən əvvəlki dövrdə veriləcək cinsi tərbiyə ilə öz bədənini tanımağı, qarşı cinsin fərqliliyini qəbul etməsiyi və yaxşı ilə pis toxunuşu ayırd etməsiyi öyrənir.

Nələri necə etməliyik?

Uşaqlarınıza cinsi orqanlarını gerçək adları ilə öyrədin.

Uşaqlarınızın hər sualına dərhal cavab vermək məcburiyyətində deyilsiniz, əgər özünüzü hazır hiss etmirsinizsə , mütləq onlardan zaman istəyin.

Uşaqlarınızın sualını dəqiq anlayın, tam olaraq nə qədərini soruşduğuna diqqət edin və yalnız soruşduğu qədərinə cavab verin.

Müəyyən bir yaşdan sonra fiziki olaraq diqqətə çarpan şəkildə dəyişikliklər göstərirlər, bu vəziyyətin normal olduğunu və lazımlı məlumatları onlara izah edin.

İstənməyən hər toxunuş cinsi istismardır və bu səbəblə uşaqlarınıza istəmədikləri heç bir şeyin edilməməsi lazım olduğunu, buna əvvəlcə özlərinin icazə verməməsi lazım olduğunu izah edin.

Məktəbdən əvvəlki yaşlardakı uşağınız sizə cinsi mənalar ehtiva edən hekayələr izah edirsə, lütfən diqqətlə dinləyin. Çünki o yaşda bu mövzu haqqında bir şeylər uydurması söz mövzusu deyil, izah etdikləri gerçəkdir. Eyni şəkildə çəkdiyi şəkillərlə də bu vəziyyəti izah etməyə  bilər buna da diqqət etməlisiniz.

Cinsəliklə əlaqədar nə izah etsəniz izah edin mütləq içinə sevgi ifadələri qoyun.

narinc.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir