Nermine  Abbasova

Fiziki aktivlik xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır

Baxış sayı: 427

45 yaşdan yuxarı insanlar kolonoskopiyadan keçməlidirlər. “Gencaile.az” saytı  xəbər verir ki, bu barədə MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova məlumat verib.

Onun sözlərinə görə, bədxassəli bağırsaq şişləri bir neçə il ərzində yavaş böyüyür. Buna görə də, onlar erkən mərhələdə aşkar edilə bilər. Bu da xəstənin sağalma ehtimalının artırır. “İyirmi il əvvəl bağırsaq xərçəngi əsasən 50-60 yaşlı insanlarda aşkar edilirdi. Bu gün isə bu xərçəngə getdikcə 40 yaşı olanlarda da rast gəlinir. Xəstəliyin cavanlaşması istiqamətində həyəcan verici tendensiyaya baxmayaraq, xərçəngin bu xüsusi formasının müalicəsi çox vaxt yaxşı nəticələr verir ”- deyə mütəxəssis qeyd edib.

Şikayətləri olanlar həkimə vaxtında müraciət etməlidir. Eləcə də mütəmadi olaraq tibbi müayinələrdən keçmək vacibdir. Simptomlar olmasa belə, kolonoskopiyadan keçmək lazımdır. 45 yaşdan sonra prosedur 3-5 ildə bir dəfə aparılmalıdır. Əgər ailədə artıq yoğun bağırsaq xərçəngi halı olubsa, 35 yaşından etibarən bağırsaqları müayinə etməyə başlamaq lazımdır. Şübhəli formasiyalar aşkar edilərsə, hər il kolonoskopiya edilməsi tövsiyə olunur.

Həkim qeyd edib ki, sürətli yerimə də daxil olmaqla müntəzəm fiziki fəaliyyət də xərçəng riskini əhəmiyyətli dərəcədə azaldır.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir