YOL

Uzaq məsafələrə səyahət edən zaman avtomobildə hansı ehtiyat hissələri olmalıdır?

Baxış sayı: 386

Yay aylarında səyahət edən insanların sayı çoxalır. Səyahət edən şəxslər müxtəlif nəqliyyat vasitələrindən istifadə edirlər. Bir çox insanlar da şəxsi avtomobilləri ilə səyahət etməyə üstünlük verirlər. Uzun məsafəli səyahətə çıxan şəxslər avtomobillərində hansı nüanslara fikir verməlidir? Onların avtomobillərində hansı alətlər olmalıdır?

Nəqliyyat eksperti Adil Nəbiyev deyir ki, yay aylarında uzaq rayonlara səfər edən sürücülərin avtomobillərini ustaya göstərib texniki baxışdan keçiməsi daha yaxşı olar:

“Bəzi avtomobillərdə yaxın məsafəli sürüşlər zamanı problemlər ortaya çıxmasa da, uzaq məsafədə sürüşlər zamanı müəyyən problemlər yarana bilir. Bundan əlavə, müasir avtomobillərdə ehtiyat təkərlər olmadığı üçün rayonlara gedəndə orada köməksiz vəziyyətdə qala bilirlər. Bu zaman sürücü məcbur olur ki, evakuatordan istifadə edərək avtomobili aparıb, təkərini dəyişdirsin. Bu, həm əlavə vaxtı itkisinə, həm də əlavə xərcə səbəb olur. Bunun üçün də ehtiyat təkərə diqqət etmək lazımdır. Təhlükəsizlik kəməri də diqqət edilməsi vacib olan nüanslardandır. Avtomobilin təhlükəsizlik kəmərinin ehtiyat olaraq götürülməsi, onun qırılma ehtimalı olan zaman işə yarayacaq. Sürücü özü dəyişə bilməsə belə, yaxınlıqda yerləşən servislərdə dəyişdirə bilərlər. Çünki rayonlarda bəzi avtomobillərin ehtiyat hissələrini tapmaq çətin məsələ olur. Uzaq məsafələrə səfərə çıxan zaman antifriz, dərman qutusu, müəyyən ölçülü avtomobil açarları, odsöndürən tüplərin avtomobildə olması vacib məqamlardan biridir”.

 

Əvəz Həsənov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir