Nermine Abbasova

Çörəkotu immuniteti necə gücləndirir?

Baxış sayı: 492

Mövsüm keçidlərində, allergiya vəziyyətlərində, xolesterol və şəkər xəstəlikləri, immunitet sisteminin güclü saxlanmasında və bu kimi digər hallarda məsləhət görülən çörəkotu mükəmməl bir bitkidir. Çörəkotunun faydaları bunlarla bitmir. Bu bitkinin saç və dəriyə qulluq üçün də dəstəkləyici rolu var.

Aparılan araşdırmalar çörəkotunun tərkibində 100-dən çox birləşmə olduğunu sübut edib. Bunlardan bəziləri nigellon və alpha pinen birləşmələri, Omega-3, Omega-6 yağ turşuları, selenium, sink, dəmir, mis, kalsium mineralları və E vitaminidir. Bu birləşmələr və yağ turşuları xüsusən immunitet sisteminin qüvvətlənməsində son dərəcə vacib rol oynayır.

corekotu

Salatlara əlavə edəcəyiniz yarım çay qaşığı çörəkotu yağı həm dadı artırır, həm də sağlamlığa xidmət edir. Üyüdülmüş çörək otunu qatığa qataraq da yeyə bilərsiniz. Çörəkotu tərkibindəki birləşmələr sayəsində hüceyrələri yeniləyici xüsusiyyəti ilə yanaşı, ana südünü artırmağa da kömək edir. Bunun üçün istər yağ, istər üyüdülmüş formada bala qataraq yeyə bilərsiniz. Şora xüsusi dad vermək üçün qatılan da məhz çörəkotudur.

Lakin çörəkotu yağı alarkən diqqətli olmaq lazımdır. Bunun üçün aşağıdakıları bilməlisiniz.

Qara zirə - çörəkotu

Çörəkotu toxumunun dadı yüngüldür. Dadın acı olması bu yağın keyfiyyətli olması demək deyil. Yağın məhsuldarlığının artırılması üçün sıxma əsnasında istilik əməliyyat tətbiq edilir. Bu da rəngin tündləşməsinə, dadın acılanmasına səbəb olur. Bunu təhlillərdə peroksid miqdarına baxılaraq da anlamaq mümkündür. Halbuki soyuq pres üsulu ilə əldə edilən çörək otu yağında acılıq və boğazı yandırma nisbəti yüngüldür.  Bundan başqa, oksigenlə təmas edən, depolanma şərtləri uyğun olmayan çörək otu yağlarında turşuluq miqdarı və peroksid miqdarı artır. Bu da acı dadda və yağın rəngində artmaya səbəb olur. Yağın rəngi orijinalında soyuq sıxmada açıqdır. Xarakterik çörəkotu qoxusu olur.

 

Nərminə Abbasova

MayoMed Medikal Fizioterapiya vətər Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi 

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir