inam

Etibar edə bilməyəcəyiniz 5 İNSAN TİPİ

Baxış sayı: 389

Güvən münasibətin vacib hissəsidir. Heç kimə güvənməyən adam çətin ki, dost və can yoldaşı tapa bilsin. Bəzi insan tipləri var ki, onlardan uzaq durmaq daha yaxşıdır.

Bəs, etibar edə bilməyəcəyimiz insan əlamətləri hansılardır.?

Beləliklə, həmin 5 əlaməti təqdim edirik: 

 

Yalançı insanlar

Ən bariz əlamətlə başlayaq. Biri sizə bir şey haqqında yalan danışırsa, ona daha güvənməməlisiniz. Bir çox insanlar ciddi səhvə yol verirlər. Onlar aldadıcılığı tez unudurlar və yenidən qarşı tərəfə inanmağa başlayırlar. Bu səhvi təkrarlamayın. Aldadanı bağışlamaq olar. Ancaq ona yenidən etibar etmək məsləhət deyil.

 

“Sən mənə inana bilərsən!”

Əgər bir insan bütün gücü ilə sizi buna inandırmağa çalışırsa, deməli o, sadəcə sizi yoldan çıxarmaq istəyir. Hər dəfə bu ifadəni səsləndirən insanlardan uzaq durmaq lazımdır.

 

Yaxşı işlərlə öyünür

Əxlaqlı və vicdanlı insanlar yaxşı əməllərini reklam etmirlər. Bir insan bunu edirsə, deməli o, sizin etibarınızı qazanmağa çalışır. Ehtiyatlı olun.

 

Daim hər şey ilə razılaşır

Qəribə görünsə də, bu pis əlamətdir. Söhbət boyu heç vaxt əks nöqteyi-nəzəri ifadə bildirməyən, öz fikri olmayanlar güvənilir insan hesab edilmir. Yeri gəlmişkən, həddən artıq tərif həm də “həyəcan zəngi”dir.

 

Sizi qohumları və dostları ilə tanış etmir

Əgər uzun müddətdir ki, bir kişi ilə bərabərsinizsə və o, hələ də sizi valideynləri və tanışları ilə tanış etməyibsə, bu ehtiyatlı olmaq üçün bir səbəbdir. Bəlkə də partnyorunuz sizinlə münasibətini ətrafdakılardan gizlətməyə çalışır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir