gunebaxan yagi

Həm qocalmanı ləngidir, həm də ürəyə faydalıdır

Baxış sayı: 361

Pəhrizdə günəbaxan yağının üstünlük təşkil etməsi omeqa-6 yağ turşularının artıqlığına səbəb ola bilər. Rusiyalı doktor Sergey Aqapkin orqanizmdə poli doymamış yağ turşularının sağlam balansını necə yaratmağı izah edib.

“Rossiya” telekanalında həkim özünün həyat hiyləsini paylaşıb. Yeməkdə omeqa-6 turşularının konsentrasiyası bir qabda iki növ yağdan istifadə etməklə omeqa-3 turşuları ilə tarazlaşdırıla bilər.

“Günəbaxan yağının bir hissəsini iki hissə rəfinə edilməmiş kətan yağı ilə qarışdırın, omeqa-3 və omeqa-6 turşularının ideal nisbəti olacaq”, – deyə həkim məsləhət görüb.

Kətan toxumu yağı orqanizmdə iltihabı yatıran omeqa-3 yağ turşuları ilə zəngindir. Omeqa-6 turşuları isə qocalığın sürətlə inkişafının və ürək-damar xəstəliklərinin yaranmasına səbəb olan iltihabi proseslərin qarşısını alır. Bu səbəbdən bu turşuların balansı vacibdir.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir