Yemək hazırlamağı və yeməyi sevənlər üçün mütamadi olaraq dadlı reseptlər təqdim edən “Gencaile.az” saytı bu dəfə oxucularına yerkökü və zəncəfil şorbasınən hazırlanmasından bəhs edəcək.
Tərkibi:
5-6 ədəd yerkökü (soyulmuş və doğranmış), 1 soğan, 2 diş sarımsaq, 1 çay qaşığı zəncəfil, 2 yemək qaşığı zeytun yağı, 1 stəkan toyuq və ya tərəvəz suyu, duz, istiot.
Hazırlanma:
Soğan, sarımsaq, və zəncəfili zeytun yağı ilə qızardın. Yerkökünü əlavə edin və bir neçə dəqiqə qızardın. Tərəvəz suyunu əlavə edin, qarışdırın, və 20 dəqiqə qaynadın. Qarışığı blenderdən keçirin, duz və istiot əlavə edin.
Təqdim etdi: Məsudə Sultan