menzil

Daşınmaz əmlak bazarında son vəziyyət necədir? - MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 376

“Daşınmaz əmlak bazarında hal-hazırda ciddi, əhəmiyyətli, dinamikaya təsir göstərən iqtisadi səbəb müşahidə olunmur”. Bu sözləri əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir.

Ramil osmanli

O bildirir ki, bazarı ümumilikdə stabil və passiv qiymətləndirmək olar: “Çünki müvafiq İcra Hakimiyyəti Orqanının Əmlak Məsələləri Dövlət Xidməti yanında katastr və reyestr pablik hüquqi şəxsin açıqlamalarından da görünür ki, ötən illə müqayisədə bu ilin ötən dövrü ərzində aparılan əməliyyatların sayında 30%-dən artıq azalma müşahidə olunur. Bu il ümumilikdə daşınmaz əmlak üçün ötən 2-3 illə müqayisədə daha passiv il kimi qiymətləndirilə bilər. Hal-hazırdakı vəziyyət də belədir. Hal-hazırda daşınmaz əmlak bazarında, mənzil bazarında dinamika aşağıdır. Bazara müraciətlərin sayında artım müşahidə olunmur. Hələ ki, yay mövsümünü tam olaraq bitmiş hesab etmək olmaz. Düşünürəm ki, bu tendensiya ən azından ayın sonuna qədər davam edəcək”.”COP29-la bağlı bəzi bazar iştirakçılarının bu istiqamətdə ciddi, bazara təsir edəcək, əsaslı addım atacağını da düşünmürəm.

Ekspertin sözlərinə görə,  daşınmaz əmlak bazarında, mənzil bazarında dinamikanın artımını daha çox məhz COP29-dan sonrakı mərhələdə müşahidə edəcəyi:.” İndiki halda bazar sabitdir. Yalnız kirayə mənzillərin qiymətində artım var. Bunun da səbəbləri bəllidir. Bu, mövsümə aid olan tələbə axını ilə daha çox bağlıdır. Amma son illərdə kirayə mənzil bazarında təklifin azalması və bu istiqamətdə daha çox bahalı mənzillərin təklifə çıxarılması yüksək tələb fonunda qiymətlərin daha çox artımına təkan verir. Bu mənada deyə bilərik ki, hal-hazırda yalnız kirayə mənzillərin qiymətində artımlar müşahidə olunur” – deyə o, əlavə edir.

 

Söylü Ağazadə




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir