EVLILIK QORXUSU

Kişinin qadına münasibəti evlənəndən sonra niyə dəyişir? - ELMİ ARAŞDIRMA

Baxış sayı: 370

Qadının “evlənmədən əvvəl fərqli idin” ifadəsi həmişə məzəmmət, inciklik və qətiyyətlə tələffüz olunur. Amma münasibətin dəyişməsi elmi həqiqətdir.

Alimlər bunun niyə baş verdiyini və bunda kimin günahkar olduğunu öyrəniblər.

 

Evlilikdən əvvəl və sonra münasibətlər 

Oklend Universitetinin əməkdaşları bu mövzuya diqqət yetiriblər. Onlar 14 il ərzində 1615 könüllünün davranışını müşahidə ediblər. Nəticələr ürəkaçan deyil: insanlar nikahlarını rəsmi qeydiyyatdan keçirdikdən sonra cütlüklərdə münasibətlər dəyişir.

 

Elmi məqalədə deyilir:

Məsələ burasındadır ki, kişi və qadın münasibətlərini qanuniləşdirən kimi onların həyatında yenidən müəyyən qiymətləndirmə baş verir. Nəticədə, kişi həyatında bir qadının varlığını və onun rolunu fərqli şəkildə dərk etməyə başlayır.

 

Birinci il

Artıq evliliyin ilk 12 ayı ərzində kişilər davranışlarında daha çox cinsiyyətçilik nümayiş etdirirlər. Yəni qadına münasibət qərəzli olur. Qadın da bu baxımdan geri qalmır və gender bərabərsizliyi nəzəriyyəsinin tərəfdarları qələbə qazanmağa başlayırlar.

Ancaq yeni qurulan həyat yoldaşlarının toydan əvvəl davranışlarında oxşar heç bir şey müşahidə edilməyib. Düzdür, ikinci ildə münasibətlər yavaş-yavaş, normallaşır.

 

Bu niyə baş verir?

Alimlər hesab edirlər ki, bunun səbəbi kişinin qadının gücü altında olmaq qorxusudur. Bəs bu, qadının iştirakı olmadan mümkündürmü? Əlbəttə yox. Qadın cinsiyyətçiliyinin səbəbi qadınların ərinin sədaqətindən narahat olmağa başlamasındadır. Sadəcə olaraq, başqasının gəlib ərini aparacağından qorxurlar. Buna görə də, subay kişilər və subay qadınlar digər yarısının ambisiyalarına görə öz məqsəd və maraqlarını itirməkdən qorxmadan, sevinclə yaşayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir