ipoteka

İpoteka ilə ev almaq istəyənlərə şad xəbər!

Baxış sayı: 363

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87,7 milyon manat artırılaraq 1 milyard manatı keçib. Bununla bağlı Azərbaycan Prezidenti Fərman imzalayıb. Nizamnamə kapitalının artırılması dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün 87,7 milyon manatın ayrılması ilə mümkün olacaq.

Bəs, nizamnamə kapitalının artırılması ipoteka götürmək istəyənlər üçün nə vəd edir?

vuqar bayramov

Milli Məclisin deputatı Vüqar Bayramov deyir ki, Prezident İlham Əliyev hər il İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması ilə əlaqədar müvafiq Fərman imzalayır:

“Dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur. Praktiki olaraq hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur”.

Deputat qeyd edib ki, bütövlükdə, Fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur: “Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərin portfelini də genişləndirir. Deməli, bu, həmçinin daha çox vətəndaşlar üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir”.

“İndiyədək Fond tərəfindən 51778 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3,2 milyard manatdan çoxdur” – o, əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Emin Qəribli də deyir ki, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı təxminən 10 faizə yaxın artıb: “Bu addım ipoteka götürmək istəyənlərin sayını yüksəldəcək və ipoteka bazarı daha da inkişaf edəcək”.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 2017-ci il 25 dekabr tarixli Fərmanı ilə “Azərbaycan İpoteka Fondu” ASC-nin və “Kredit Zəmanət Fondu” ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə “İpoteka və Kredit Zəmanət Fondu” qeyri-kommersiya hüquqi şəxsi yaradılıb.

 

İpoteka kreditləri almaq üçün hara müraciət etmək lazımdır?

İpoteka kreditini almaq üçün Elektron Hökumət Portalında ( www.e-gov.az) mövcud olan “Elektron ipoteka və kredit zəmanət” sisteminə gücləndirilmiş elektron imza (e-imza, asan imza) ilə qeydiyyatdan keçərək müraciət etmək olar.

ipoteka_280115

Kreditin alınmasında yaş məhdudiyyəti varmı?

Kreditin son ödəniş tarixinə borcalanın və ya birgə borcalanın yaşı qanunvericiliklə müəyyən olunmuş pensiya yaş həddindən (kişilər-65 yaş, qadınlar-65 yaş) çox olmamalıdır. Yəni, kredit müqaviləsi bağlanan ana borcalanın 50 yaşı varsa, müqavilə 15 ildən artıq müddətə bağlanıla bilməz.

 

Mən ev tikdirmək istəyirəm. Bunun üçün ipoteka krediti götürə bilərəmmi?

Xeyr. İpoteka krediti evin tikintisi üçün deyil, yalnız fərdi yaşayış evi və ya çoxmənzilli yaşayış evində ayrıca mənzilin alınması məqsədilə verilir.

Xatırladaq ki, ipoteka kreditləri fərdi yaşayış evlərinin, bağ evlərinin və 01 yanvar 1970-ci il tarixindən sonra inşa edilmiş çoxmənzilli binalarda yerləşən mənzillərin alınmasına verilir.

 

Xalid Məmmədov




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir