Heç kim inkar etməyəcək ki, vitaminlər insan orqanizmi üçün olduqca vacibdir. Demək olar ki, bütün biokimyəvi proseslər orqanizmdə bu və ya digər vitamin və mikroelementlərin iştirakı ilə həyata keçir. Kişi orqanizmi spesifik olduğu üçün kişi sağlamlığını saxlamaq üçün bəzi vitaminlər vacibdir. Üstəlik kişilər daha çox alkoqol və siqaretdən istifadə etdikləri üçün (bunlar sizi ölümə aparır) orqanizmləri daha çox yük altında olur.
Aktiv cinsi həyat üçün
Potensiya və nəsilartırma funksiyanızı saxlamaq üçün sizə vacib olan vitaminlər:
Vitamin A və provitamin karotin. Penis üçün faydalıdır. Nəsilartırma funksiyasında iştirak edir. Kök, balqabaq, şirin bibər, sitrus meyvələri, göyərti, pomidor, qaraciyər, yumurtanın sarısı və süddə boldur
Vitamin В6. Kişi libidosunu azaldan prolaktin hormonunu yavaşladır. Mal əti, balıq, yumurtanın sarısı, maya və süd məhsullarında vardır.
C vitamini. Dözümlülüyü artırır, həmçinin yataqda. C vitamininin çatışmamazlığı spermanın yaranmasına maneə olur. Kələm, itburnu, qarağat, qırmızı bibər, göyərti və sitrus meyvələrində boldur.
E vitamini. Bu vitamin gənclik vitamini adlanır. E vitamini ya da tokoferol qan damarlarını qoruyur, endokrin vəzilərinə müsbət təsir edir. Ereksiya üçün vacibdir. Bitki yağlarında, lobya, yumurtanın sarısı, cücərmiş buğdada, yumurtanın sarısında boldur.
Sink. Bu mikroelement kişi sağlamlığı üçün çox vacibdir. Cinsi vəzilərin yaranmasında iştirak edir, testosteronun səviyyəsini tarazlaşdırır, prostatın işləməsinə normal şərait yaradır.
Güclü əzələlər üçün
Az kişi var ki, güclü olmaq istəmir. Kişilərdə qadınlara nisbətən əzələ kütləsi daha çoxdur. Bu əzələ kütləsini saxlamaq üçün kişilərə bəzi vitaminlər vacibdir. Əzələ zülalı “sevir”, onlar üçün B vitamini qrupları da mütləqdir. Misal üçün ət həm protein və həm də B2, B6 və B12 vitaminləri ilə zəngindir. Həmçinin quş əti, balıq, yumurta, qarabaşaq, süd məhsulları və qaraciyər xeyirli hesab olunur.
Qaraciyər üçün
Əksər kişilər alkoqol qəbul edərək, orqanizmin filtiri olan qaraciyəri təhlükə altına salırlar. Alkoqol içkilərdən ən yayılmışı pivədir. Pivəni adətən çox içirlər və eyni zamanda ziyanlı “zakuskalar” qaraciyəri tam gücə salır.
Qaraciyər üçün olduqca vacib və xeyirli vitamin N-dir. Bu turşu qaraciyərdə karbohidrat və yağların mübadiləsini normallaşdırır. Həmçinin alkoqol zəhərlənməsi ilə də yaxşı mübarizə aparır. Kələm,düyü, süd və göyərtidə boldur.
Sağlam saçlar üçün
Əksər kişilər keçəlmə prosesi ilə üzləşirlər. Bu bəzən nəsillik xarakter daşısa da, bəzən də vitamin çatışmamazlığından baş verir. Biotin (vitamin H) saç artımı üçün olduqca vacibdir. Əgər saçınız tez-tez yağlanırsa, bu biotinin orqanizmdə çatışmamazlığına işarədir. Soyutma yumurta, qoyun əti, mal əti, ağ göbələkdə boldur.