publika.az1401357482aldatan-erkegin-yalanlari

Kişinin potensiyası aşağı düşərsə, nə etməli? – SEKSOPATOLOQ YAZIR

Baxış sayı: 2. 610

“Gencaile.az”saytı  “ginekoloq.az” saytına istinadən androloq-seksopatoloq Orxan Ağabəyovun hamiləliyin planlaşdırılması zamanı kişinin potensiyasının aşağı düşməsi haqda məqaləsini təqdim edir.

Hətta bəzən yarım il davam edən hamiləliyin planlaşdırılması zamanı tərəf müqabilləri arasında intim həyatlarında bəzi problemlər ortaya çıxır. Bir qayda olaraq, qadınlar fikir verib görürlər ki, ya kişilər fiziki təmasdan qaçırlar, onlarda ereksiya zəifləyir, qismən itir və ya seksual cəlbetməyə laqeyd olurlar. Ən pisi odur ki, kişi baş verənlər haqqında açıq danışmır, qadın üçün fantaziyalar və müxtəlif növ düşüncələr üçün sahə buraxır. Onlardan da bir çoxu əminliklə düşünməyə başlayır ki, kişi onlara xəyanət edir, uşaq istəmir, onu artıq əvvəlki kimi cazibədar hesab etmir və s. Axı bu qədər təəccüblü davranışın sirri nədədir? 

Məlum olur ki, hər şey psixologiya ilə əlaqədardı. Ancaq qadınlara elə gəlir ki, gələcək nəslin törənməsindən ancaq onlar məsuliyyətlidirlər və kişilərin buna heç bir aidiyyatı yoxdur. Bəziləri hesab edir ki, qadınların payına ən mürəkkəb olan hissə düşür: bazal hərarətin ölçülməsi, ovulyasiyanın izlənilməsi, vitaminlərin qəbulu və s. Kişilərin isə bəxti gətirib – “öz işini gördün”, “get, kef elə”, “hələ bu zaman həzz də alırlar!” Lakin bu cür fikirlər, əslində, olduqca böyük bir yanlışlıqdır. Kişilər uşağın təməlinin qoyulmasına çox məsuliyyətli yanaşırlar, bu, onlar üçün çox mühüm bir addımdır. Buna görə də yarım il keçir, heç bir nəticə hasil olmadıqda onlar əsəbləşməyə, narahatçılıq keçirməyə başlayırlar. Əlbəttə, bu, kənardan sezilməyə bilər, həm də öz emosiyalarını laqeydlik pərdəsi altında gizlətmək xüsusiyyəti bütün kişilərə xasdır. Amma yenə də necə olsa da, gələcək atanın orqanizmi böyük bir gərginlik keçirir ki, bu da cinsiyyət orqanının funksiyasının müvəqqəti olaraq pozulması ilə nəticələnir. Və kiçik bir qisimdə alınır ki, cəsarətlə bu problemlər barəsində narahatçılıqlarını həyat yoldaşı ilə bölüşsün, əsas kütlə isə “öz sifətini qorumaq” üçün seksdən və intim söhbətdən qaçır. Hərdən vəziyyət  daha da gərginləşir ki, qadın kişiyə güclü təzyiqlər etməyə başlayır, hərfi mənada seks tələb edir, inanır ki, cinsi aktlar nə qədər tez-tez olarsa, hamilə qalmaq şansı da bir o qədər yüksək olacaqdır. Belə israr tərəf müqabilini qorxudur, daha böyük stressin yaranmasına səbəb olur.

Kişiyə necə kömək etmək olar?  

Əgər bütün yuxarıda sadalanan əlamətlər – seksdən imtina, hamiləliyin təməlinin qoyulması barədə danışmaqdan yan qaçmaq, qapalılıq, ereksiyanın zəifləməsi və s. mövcuddursa, kişiyə necə kömək edə bilmək barəsində düşünmək lazımdır. Əlbəttə, dərhal həkimə də müraciət etmək olar, lakin ən yaxşısı stressi yaradan səbəblərin aradan qaldırılmasından başlamaqdır.

Səmimi söhbət zamanı qadın kişini nəyin narahat etdiyini, onun narahatçılıqlarının mənbəyini tapmalıdır. Onun vəziyyətini başa düşməyə, sakitləşdirməyə və dəstəkləməyə çalışın. Əgər kişi hər şeyi öz içində saxlamağa çalışırsa – bu hüququ ona buraxın. Əslində onun belə hərəkətlər etməsinin səbəbləri aydındır, buna görə də vəziyyəti daha da dərinləşdirməyin. Bütün görkəminizlə göstərin ki, siz hamiləliyin planlaşdırılmasına asan və məcburiyyətsiz yanaşırsınız, optimist əhval-ruhiyyədəsiniz və s.

Kişilərlə açıq aparılan söhbətlər göstərir ki, onları bu vəziyyətə daha çox özlərinin israrla uşaq istəmələri, uğursuzluqlardan həyəcan keçirmələri, səbirsizlikləri ilə məhz qadınlar gətirib çıxarırlar. Ovulyasiya və uşağın təməlinin qoyulması haqqında sonsuz söhbətlər kişini gərginləşdirir, onlar da bacardıqları qədər bu söhbətlərdən qaçırlar. Buna görə də deyinməyi və uzun-uzadı danışmağı yığışdırın, hərarət ölçənlə və testlə o yan-bu yana qaçmayın. Qoy hər şey öz axarı ilə getsin, özünüzü pozitivə kökləyin. Və belə olanda tezliklə sevgili insanınız yenə də sərbəstləşəcək və sizinlə yaxınlıq istəyəcək, bu halda bütün intim problemlər də aradan qalxacaq. Uğurlar!

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir