pehriz

Arıqlamaq üçün 10 QIZIL QAYDA

Baxış sayı: 1. 706

İsti havalarda geyindiyimiz nazik geyimlər qışda aldığımız artıq kiloları göstərməyə başlayır.

Artıq çəkilər estetik görünüşümüzü pozmaqla yanaşı, sağlığımıza da mənfi təsir edir.

Ürək xəstəliyi, təzyiq, diabet, ortopedik problemlərə yol açan artıq çəki ilə mübarizə aparmanın ən ideal yolu sağlam və düzgün qidalanmaqdan keçir.

“Gencaile.az” Aile.lent.az-a istinadən sağlam arıqlamanın yollarını təqdim  edir.

Hədəfinizi dəqiqləşdirin. “Görəsən bu qədər arıqlaya bilərəmmi?”, – kimi suallarla motivasiyanızı azaltmayın. Gerçək hədəflərlə yola çıxın. Dietoloq məsləhəti almanızda da fayda var.

Yayda isti olduğunu nəzərə alaraq ağır yeməklərdən və qızartmalardan uzaq qaçmaq lazımdır. Bunun yerinə qaynadılmış qidalara üstünlük verin. Xəmir şirniyyatları yerinə süd şirniyyatları, ya da dondurma yeyin. Meyvə kökəltməz düşüncəsi ilə meyvə çox yemək olmaz. Çünki meyvələrdə fruktoza, yeni meyvə şəkəri var. Meyvə suyu, asitli içkilər yerinə daha az kalorili ayran içilməlidir. Bol-bol su da için. Hər yeməkdə salat yemək lazımdır.

Pəhriz saxlayarkən yaşanan halsızlıq və baş gicəllənməsini əngəlləmək üçün çoxlu su için. Yay aylarında istilərin təsiri ilə bədəndən su ilə birlikdə potasium, sodium kimi minerallar da atıldığından ürəkgetmə, yorğunluq, bulantı, baş gicəllənmə, nəbz düşüklüyü, həzm problemi kimi şikayətlər yaşana bilər. Gündə 2-3 litr su içmək lazımdır.

Hər gün tərəziyə çıxmayın. Hər dəfə çəkini yoxlayaraq pəhriz saxlamaq yanlış bir üsuldur. Sağlam bir pəhrizlə ayda 4-6 kilo arıqlamaq olar. Buna görə həftədə 1-1.5 kilo itirməniz normal haldır. Artığını gözləmək xəyal qırıqlığına səbəb olar. Həftədə bir dəfə və səhərlər ac qarına özünüzü çəkə bilərsiz. Gün ərzində bir neçə dəfə çəkinizi çəkdirmək motivasiyanızı azalda bilər.

Özünüzü mükafatlandırın. Verilən kilolar üçün özünüzü mükafatlandıra  bilərsiz. Ancaq bu, pəhrizi pozaraq olmamalıdır. Sevdiyiniz geyimi ala, ya da xoşladığınız saç düzümü etdirə bilərsiz.

Pozitiv düşünün. Pəhriz zamanı əhvalı yüksək tutmaq üçün verilən hər kilo üçün sevinmək lazımdır.

Ac olub olmadığınzı sorğulayın. Çox insan əsəbləşəndə, kədərli olanda aclıq hiss edir. Belə halda nəsə yemək istəsəniz, mütləq çiy tərəvəzlər yeyin.

Yemək saatlarında nə yediyinizi qeyd edin. Bu, özünüzə nəzarət etmənizi üçün çox  yaxşıdır.

Quru meyvələr yeyin. Evdə və iş yerində şokolad, yüksək kalorili qidalar yerinə quru meyvələr yeyin.

Fiziki aktivliyinizi artırın. Gündə ən az bir saat templi qaçış təşkil edin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir