real

Sumqayıtdakı “Real” Tibb Mərkəzi fəaliyyətini dayandırdı

Baxış sayı: 3. 073

Bu gündən etibarən Sumqayıtda yerləşən ən böyük Tibb Mərkəzlərindən biri – “Real” Tibb Mərkəzi işini dayandırıb.

“Gencaile.az”ın əldə etdiyi məlumata görə, Mərkəz lisenziya problemi ilə bağlı fəaliyyətini dayandırmalı olub.

Məsələ ilə bağlı müəssisənin baş həkimi Vidadi Əzimovla əlaqə saxladıq.

V.Əzimov  Mərkəzin fəaliyyətini dayandırması ilə bağlı xəbəri təsdiq etdi: “Bəli, bu gündən etibarən “Real” Tibb Mərkəzi fəaliyyətini dayandırır. Səbəb isə lisenziyamızın vaxtının bitməsi və cari təmir işləridir.”

Bu fasilənin nə vaxta kimi davam edəcəyinə gəldikdə isə baş həkim bu suala dəqiq cavab verə bilməyəcəyini bildirdi: “Qeyri-müəyyən vaxta kimi. Bizə də bəlli deyil”.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir