Çinin Çanqzou bölgəsində baş verən hadisə həkimləri şoka salıb. Yeni doğulmuş uşağın qarnındakı şişkinlik və çəkisindəki anormallıq həkimləri təəccübləndirib. Müayinə edilən uşağın qarnında 16 santimetr böyüklüyündə cism olduğu aşkarlanıb.
8 günlük uşağı əməliyyat etməyə qərar verən həkimlər uşağın qarnını açdıqları zaman qəribə həqiqətlə üzləşiblər. Belə ki, uşağın qarnındakı şişin əslində uşağın parazit əkizi olduğu məlum olub. Uşağın qarnındakı əlavə kütlə çıxarıldıqdan sonra səhhəti yaxşılaşıb. Məlumat üçün bildirək ki, parazit əkiz sindromu hər il doğulan 500 mindən bir uşaqda görünür.