ee

Tərəqqi Akademiyasında Elxan Elatlının imza günü keçirildi

Baxış sayı: 562

25 mart Tərəqqi Akademiyasının direktoru Fazilə Camalovanın təşkilatçılığı ilə yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı.  Elxan Elatlı ilə imza günü keçirildi. Görüşdə Reha Təlim Tədris Mərkəzinin direktoru İlhamə xanım çıxış edərək qonaqları salamladı və TTM (Tədris Təlim Mərkəzi) direktoru Rəvanə xanım eşitmə və nitq məhdudiyyətli gənclərə jest dilində tədbirdə danışılanları tərcümə etdi.

ee 1

Tədbir yazıçının əsərlərini sevənlər üçün unudulmaz bir görüş olmaqla yanaşı, onun yaradıcılığı haqqında daha ətraflı məlumat almaq imkanı yaratdı. Elxan Elatlı oxucularına öz yazı üslubu, detektiv janrına olan marağı və yeni kitabları barədə danışdı. O, yazıçılıq fəaliyyətinə necə başladığını, qarşılaşdığı çətinlikləri və ilham mənbələrini bölüşdü. Görüş iştirakçılar tərəfindən böyük maraqla qarşılandı, çünki yazıçının detektiv romanları oxucular arasında çox populyardır.

Tədbir zamanı iştirakçılar yazıçıya müxtəlif suallar ünvanladılar. Onlar əsasən Elxan Elatlının sevimli əsərləri, gələcək planları və detektiv janrında yazmağın sirrləri haqqında idi. Yazıçı da öz növbəsində oxucularına faydalı məsləhətlər verərək, ədəbiyyata olan sevgilərini daha da artırdı.

Görüşün sonunda Elxan Elatlı oxucuların gətirdiyi kitabları imzaladı və onlarla xatirə şəkilləri çəkdirdi. Oxucular yazıçını canlı görmək və onun əsərlərini imzalı şəkildə əldə etmək fürsətini böyük sevinc hissi ilə qarşıladılar. Tədbirdə Tərrəqi Akademiyası tərəfindən ən maraqlı sual verən oxucuya Elxan Elatlının imzalı kitabı hədiyyə edildi.

ee 5

Bu görüş, ədəbiyyat və detektiv roman sevərləri üçün əhəmiyyətli bir hadisə oldu və iştirakçılara unudulmaz anlar yaşatdı. Kitablar dünyasında səyahət etmək hər zaman oxucu üçün sehrli bir hiss olub. Hər səhifə yeni bir hekayə, yeni bir duyğu verir. Amma bir yazıçını canlı görmək, onun düşüncələrini öz dilindən eşitmək, kitab oxumaqdan daha fərqli və dərin bir təcrübədir. 10 yaşından 65 yaşına kimi oxucuların qonağımız olması bizi çox sevindirdi və mən ilk öncə Elxan müəllimə və onun üçün vaxt ayırıb gələn qonaqlarımıza təşəkkür edirəm.

 

Hörmətlə: Tərəqqi Akademiyasının direktoru, psixoloq Fazilə Camalova

ee 2

ee 4

ee 5

ee 9

ee 6




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir