may

May ayında doğulanlar daha sağlam olur?

Baxış sayı: 2. 162

May ayında doğulanlar ən sağlam insanlar hesab olunur. Amerika tibb işçiləri tərəfindən 30 il ərzində təxminən 2 milyon insanın xəstəliyinin araşdırılması nəticəsində xəstəliklərə meylliliklə insanların doğulduğu ayların arasındakı qarşılıqlı əlaqə müəyyən edilib. Statistik göstəricilər ürək-damar çatışmazlığının mart, diqqət çatışmazlığı və hiperaktivlik sindromunun (DÇHS) və avitaminozun noyabr, asma xəstəliyinin iyun ayında doğulanlarda daha çox müşahidə olunduğunu təsdiqləyir. Həmçinin, müəyyən olunub ki, ən möhkəm sağlamlıq may ayında doğulanlarda olur, oktyabrda dünyaya gələnlər isə, təəssüf ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Tədqiqatlar 1985-2013-cü illərdə dünyaya gəlmiş pasiyentlərin tibb kartları əsasında aparılıb.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir