Səbəbi bilinməyən qançırlar, tez-tez burun qanamaları və diş ətlərinin zəifləməsi leykozun ilk əlamətləri ola bilər.
Bu barədə “Blood Cancer UK” təşkilatının britaniyalı həkimləri bildiriblər.
Leykemiya sümük iliyinin pozulduğu və anormal leykositlərin (ağ qan hüceyrələrinin) nəzarətsiz çoxalmasının başladığı onkoloji xəstəliklər qrupudur.
Bu dəyişdirilmiş hüceyrələr bədəni infeksiyalardan qoruya bilmir. Onlar yığılaraq tədricən sağlam qan elementlərini sıxışdırırlar, normal hematopoez və orqan funksiyalarını pozurlar.
Mütəxəssislərin fikrincə, leykozun xarakterik əlamətlərindən biri heç bir səbəb olmadan meydana çıxan qançırlardır. Qan xərçəngində qançırlar qan laxtalanma sistemindəki pozğunluqlar səbəbindən meydana gəlir.
Digər diqqət edilməli əlamətlər arasında tez-tez burun qanaması, diş əti qanaması, sidikdə və nəcisdə qan, eləcə də qadınlarda menstruasiyanın ağır keçməsi də var.
Mütəxəssislər qeyd edirlər ki, leykemiya beyində qanaxma ilə də üzə çıxa bilər. Ancaq bu simptom çox nadirdir.
Ləman