Son zamanların sevimli şampunu quru şampunlardır. Zamanı olmayan, çalışan qadınlar üçün möcüzə sayılan bu şampunlar saçı islatmağa ehtiyac duymadan təmiz göstərməyə xidmət edir.
“Gencaile.az”-ın daily.mail-ə istinadən xəbərinə görə, qadınlar arasında geniş yayılmış bu şampunlarla bağlı mütəxəssislər xəbərdarlıq edib.
Saç mütəxəssisləri quru şampunların çox istifadəsinin təhlükəli ola biləcəyini bildirib. Belə ki, quru şampunlar saçın təbii nəmini əmərək qurudur və kəpəyə yol açır.
Eyni zamanda quru şampunlar toz təsiri yaratdığından saç dibində qalaraq, sızanaq və hətta kistalara zəmin yarada bilər.