MAKIYAJ

“Çılpaq” göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Baxış sayı: 443

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı, asanlıqla icra olunmasına və möhtəşəm nəticələrə baxmayaraq, hər kəs tərəfindən bəyənilmir. Əgər siz onlardan birisinizsə, “çılpaq” göz makiyajını sınaya bilərsiniz.

Bu makiyajın əsas vəzifəsi odur ki, göz qapaqlarında şəffaf bir effekt yaratsın.

“Çılpaq” makiyaj trendi yaxınlarda formalaşmasına baxmayaraq, onu öz üzündə həyata keçirən ulduzlar artıq var. Məsələn, Cici Hadid Kann Film Festivalının qırmızı xalçasına belə makiyajda çıxmışdı. Həmçinin Kayli Jennerin kosmetika brendinin reklam kampaniyası makiyajın populyarlığını daha artırdı. TikTok istifadəçiləri ulduzun fotolarını çox bəyəndilər və bir neçə gün ərzində “çılpaq” makiyaj sosial şəbəkədə əsl hitə çevrildi.

“Çılpaq” makiyajı təkrarlamaq heç də çətin deyil. Bunun üçün üst-üstə çəkə və yaya biləcəyiniz orta piqmentli tutqun kölgələrə ehtiyacınız olacaq. Öz kölgənizi seçin: bej-qəhvəyi və ya boz-qara ola bilər – hamısı dəri tonunuzdan və şəxsi məziyyətlərinizdən asılıdır.

Kölgələri çox diqqətlə tətbiq edin, şəffaflığın təsirini qorumaq üçün diqqətlə qarışdırın və ya yayın. Gözlərinizin daha böyük görünməsi üçün gözün xarici küncünə kəskin kontrastlardan qaçmaq şərtiylə bir qədər tünd çalarlardan istifadə edə bilərsiniz. Gündüz “çılpaq” makiyaj edirsinizsə, göz kölgələrini yalnız tuş ilə tamamlamalısınız. Daha parlaq bir axşam versiyası üçün yuxarı və aşağı kirpik xətlərini vurğulamağı və oxlar əlavə etməyi məsləhət görürük.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir