1419365668_hamile-bulanma

Hamilələr isti havalarda diqqətli olsunlar – TÖVSİYƏLƏR

Baxış sayı: 1. 744

Çox isti havalar hamilələrdə allergiyadan göbələk infeksiyalarına, təzyiqdən düşmə təhlükəsinə qədər bir çox problemə yol açır.

Hamiləlik zamanı bədən istiliyi normadan daha yüksək olduğu üçün hamiləliyi yay aylarına təsadüf edən qadınlar çox çətinlik çəkirlər.

İstiliyin artması ilə hamilə qadınlarda istilik basma, ovuc içi və ayaq dabanlarında göynəmə, allergik problemlər, ürək bulanma, qusma, halsızlıq, yuxusuzluq və nəfəs darlığı kimi şikayətlər artır.

Yayda çox istiyə məruz qalmaq hamilələrdə erkən doğuş riskini artırır. Yay aylarında həm ananın, həm də körpənin sağlığı üçün bol maye qəbul etmək lazımdır. Az maye qəbulu hamiləlikdə sidik yolu infeksiyası, qəbzlik və babasil kimi problemlərdə artıma səbəb olur.

Müalicə edilməyən sidik yolu infeksiyaları da erkən doğum və düşmə riskini artırır.

Normal şərtlərdə hamilə qadın gündə 2 litr su içməlidir. Yayda isə bu miqdar hər saat üçün artırılmalıdır.

Yay aylarında hamilələrdə bel altındakı bölgədə çox tərləmə olduğundan qaşıntı, qıcıqlanma, göbələk infeksiyaları ortaya çıxır.

Çox istilər hamilələrdə təzyiqin enməsilə bağlı olaraq halsızlıq, yorğunluq, ürəkgetmələrə yol aça bilər. Riskli hamiləliyi olanların son 3 ay ərzində səyahətə getməməsi tövsiyə edilir.

İsti yay günlərində çox duz istifadə etməyin. Ödəm şikayətlərinin yaşanmaması üçün duz qəbulunu azaltmaq lazımdır. Ancaq duzun qidadan tamamilə çıxarılması da düzgün deyil.

Ayaqlardakı şişkinliyi azaltmaq üçün soyuq su vannası qəbul etmək və ayaqların yuxarıya qaldırılaraq dincəldilməsi tövsiyə edilir.

Hamiləlikdə çox kökəlməmək üçün idman etmək mütləqdir.

Üzgüçülük, piyada gəzmə və velosipedə minmək faydalı idman növləri sırasında yer alır.

Bir problemi yoxdursa, hamilə qadının yayda hər gün üzməsi tövsiyə edilir.

Hamilələr yay üçün tövsiyələri:

Bayırlıq işlərinizi səhər və axşam sərin vaxtlar edin.

İstilik 32 dərəcəni keçdisə, kondisionerli yerlərdə oturun.

Açıq rəngli, pambıq, kətan və ipək paltarlar geyinin.

Günəşli havada bayıra çıxacaqsızsa, turş qidalardan uzaq durun.

Qəhvə, kola kimi kofeinli içkilər yerinə su, ayran, süd, meyvə suyu için.

Uzun müddət ac qalmayın.

Bol-bol atışdırmalar edin.

Axşam yeməklərində çox kalorili qidalar yeməyin.

Yemək sonrası ən az 1 saat gözləyin.

Tez-tez ilıq duş qəbul edin.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir