Almara-Melikova-1-683x1024

Ailə və cütlük münasibətlərində qəzəb və emosional partlayışların səbəbləri - "PRİMera"

Baxış sayı: 1. 126

 Ailə — insanın ilk psixososial məktəbidir. Burada biz yalnız sevgini və qayğını deyil, həm də hisslərimizi necə tənzimləməyi, konfliktləri necə həll etməyi öyrənirik. Mənim fikrimcə, ailə münasibətləri insanın emosional sağlamlığında həlledici rol oynayır.

Lakin bəzən münasibətlər elə bir nöqtəyə gəlir ki, qəzəb, emosional partlayışlar və zədələyici davranışlar artıq münasibətin əsas tonu olur. Bu yazıda həm müşahidələrim, həm də elmi yanaşmalar əsasında bu halların əsas psixoloji səbəblərini paylaşmaq istəyirəm.

 

1) Emosional ehtiyacların ifadə olunmaması

Çox vaxt qəzəbin kökündə ifadə olunmamış ehtiyaclar dayanır. “Məni anlamır”, “məni eşitmir”, “dəyər vermir” kimi hisslər illərlə yığılanda, bir gün sakit görünən tərəf partlayır.

Unutmayaq: Bu “ani partlayış” deyil – illərlə yığılan emosional ağrının səsidir.

 

2) Uşaq yaşlarında öyrənilmiş davranış modelləri

Araşdırmalar sübut edir ki, uşaqlıqda ailəsində aqressiv münasibətlərə şahid olanlar bunu şüuraltında “normal” kimi qəbul edirlər. Mən terapiyada tez-tez görürəm ki, həmin insanlar konflikt zamanı sakit və konstruktiv davranış mexanizmini tanımadıqları üçün eyni aqressiv nümunəni təkrar edirlər.

 

3) Özünütənzimləmə bacarığının zəifliyi

Emosional tənzimləmə bacarığı zəif olduqda, adi fikir ayrılığı belə böyük partlayışa səbəb olur.

Mənim fikrimcə: Empatiya və emosional intellektin artırılması münasibətdə ən güclü qoruyucu faktorlardan biridir.

 

4) Gizli güc savaşları

Bəzi cütlüklərdə qəzəb – sadəcə emosional reaksiya yox, həm də güc nümayişi vasitəsidir. Münasibət bir növ psixoloji mübarizə meydanına çevrilir və emosional yaxınlıq kölgədə qalır.

 

5) Keçmiş travmalar və qorxular

Keçmiş münasibətlərdən gələn emosional yaralar bu günün münasibətində tetikləndikdə, reaksiya həddindən artıq sərt olur. Mənim təcrübəmə görə, belə hallarda fərdi terapiya münasibətin gələcəyini qorumağın ən yaxşı yoludur.

 

Daxili sülhə aparan yol

Qəzəb – düşmən deyil, daxili siqnaldır. O bizə deyir ki, hansısa ehtiyacımız ödənmir və sərhədlərimiz pozulur.

Əgər münasibətdə tez-tez emosional partlayışlar baş verirsə, bu artıq “öz-özünə keçər” mərhələsi deyil.

Həll: Psixoloji dəstək, cütlük terapiyası və emosional tənzimləmə bacarıqlarının öyrənilməsi.

Xatırlayın: Sağlam münasibətlər təsadüfi yaranmır — bu, hər iki tərəfin şüurlu şəkildə üzərində çalışdığı bir prosesdir.

Sevgi varsa, şəfa da mümkündür. Sadəcə ilk addımı atmaq və dəyişiklik üçün cəsarət tapmaq kifayətdir.

 

Psixoloq M. Almara Ağaqızı

PRİM – Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinin direktoru

 

(Psixoloqla əlaqə saxlamaq istəyənlər Bakı şəhəri, Zahid Xəlilov 48A, Elmlər m/st yaxınlığında yerləşən PRİM” Psixososial Reabilitasiya və İnkişaf Mərkəzinə müraciət edə və ya 050 777 80 04 mobil nömrəsi ilə birbaşa Almara Ağaqızı ilə əlaqə saxlaya bilərlər. Həmçinin @almara.melikova.aga_qizi instagram səhifəsi vasitəsi ilə də Almara xanımla kontakt yarada bilərlər.)




16 şərh “Ailə və cütlük münasibətlərində qəzəb və emosional partlayışların səbəbləri – “PRİMera”

  1. Nail Nuriuev

    cox tesirli yazidi. insan bazen ozunu anlamir, nece davrandigini hiss etmir. bele yazilar adamda fikir yaradir, ozune baxirsan.

    Cavabla
  2. Rauf İsayev

    Mende ailede ele olub, atamla anam daim dalasirdı, indi baxiram men de eyni yolu gedirem. Bilmeden tekrarlayiram. Bu yazi mene guzgu kimi geldi.

    Cavabla
  3. Nizami Osmanov

    Men hemise dusunurdum ki, sadece men boyleyem. Amma baxiram ki, bu hallar cox insanin basina gelir. Deyisiklik mumkundu, yeter ki istesen.

    Cavabla
  4. Nuranə Əhmədova

    Emosional ehtiyacların ifadə olunmaması… 😞 O qədər tanış hissdir ki. Amma çox vaxt qarşı tərəf anlamır. Yazını paylaşdım, bəlkə nəsə dəyişər

    Cavabla
  5. Təranə Məmmədli

    men bu yazini oxuyanda ozumu gordum. usagligda ne gorduyumse indi de evde o cixir ortaya. qezeb mene de dusmen deyil, siqnal kimi gelir, amma cox vaxt gec anlayiram.

    Cavabla
  6. Rəmziyyə Davud

    bizim evde de bele idi. atam her seye qisirirdi, indi ozumde de eyni veziyyet var. dusunurdum bu normaldi, amma bele yazilar adama fikir verir.

    Cavabla
  7. Ruhiyyə Atakisiyeva

    menim ucun en cetin olan odu ki, hisslerimi demekden qorxuram. ele bil desem, pis anlasilacam. ona gore de cox sey icimde qalir, axirda da partlayiram.

    Cavabla
  8. Əfsanə

    men coxdan hiss edirdim ki, icimde nese yigilir, amma ne oldugunu basa duse bilmirdim. indi baxiram ki, illerle deyilmeyen sozler adamda partlayis yaradir.

    Cavabla
  9. Nicat Məmmədov

    cox duz yazilib. insanlar sadece uzden baxanda her seyin yaxsi oldugunu dusunur, amma daxilde firtinalar var. emosiyalarin duzgun ifadesi cox vacibdi.

    Cavabla
  10. Tural Talıbov

    dogurdan da cox insan problemin menbesini anlamir. her sey usagligdan gelir. evde ne gormusukse onu da apaririq oz ailemize.

    Cavabla
  11. Nəzrin Sadıqova

    her cumlesi mene toxundu. usaq vaxti gorduyum dava-dalasin tesiri hele de heyatimdadi. indi anlayiram ki, bu yaralar sagalmayib, sadece ustunu ortmusem.

    Cavabla
  12. Anar

    Bu yazı məni çox düşündürdü. Həqiqətən də bəzən insana bir şey demək istəyirik, amma özümüzü ifadə edə bilmirik, sonra bir də baxırsan ki, çox qəzəbli olmuşuq. Uşaqlıqda gördüyümüz şeylər də təsir edir. Bir də ki, duygusal tənzimləmə çox vacibdir. Həqiqətən, bu mövzuda daha çox danışılmalı.

    Cavabla
  13. Anar Tağlyev

    Bu yazı çox duzgun deyir! Ailə insanin ilk məktəbidi, həqiqətən də. Mənim də çox başıma gəlib, bəzən fikirlərim ifadə olunmur, məni eşitmir, ya da anlamırlar, bir müddət sonra bir şeydən qıcıqlanıb, ətrafa qəzəb yaymağa başlayıram. Məncə, hər kəs emosiyaların tənzimlənməsini öyrənməlidir, yoxsa konfliktlər heç bitmir. Bir tərəf hər zaman dayandırmağa çalışır, digəri isə sakit deyil. Əgər bu şəkildə davam edərsə, münasibət çox çətin olur. Mənim fikrimcə, psixoloqa getmək də yaxşı olardı!

    Cavabla
  14. Nigar Salamova

    Bax, mən də elə fikirləşirəm ki, uşaqlıqda gördüklərimiz münasibətimizə təsir edir. Biz də ailədə çox gərginliyə şahid olmuşuq, mən özüm də aqressiv davranışlar göstərirdim, sonra bir gün psixoloqa getdim, yavaş-yavaş bu davranışları dəyişdirməyə başladım. Amma bu dəyişiklik çox vaxt alır, bu yazıda olduğu kimi. Məncə, hər kəsə terapiya yaxşı olar. Çox gözəl yazıdır.

    Cavabla
  15. Nuru

    Bunu mən də görürəm. İnsanlar çox zaman düşünür ki, qəzəb təbii bir hissdir və keçəcək, amma nəticədə o hisslər bir yerdə yığılıb, partlaya bilər. Mənim də keçmişdə çox travmalarım var idi, amma terapiya ilə bu vəziyyəti az-çox idarə etməyə başladım. Çox maraqlı və faydalı yazıdır, təşəkkürlər.

    Cavabla
  16. Aqşin Əliyev

    Vallah, çox dogru qeyd edilib. Əslində, insanlar çox vaxt öz hisslərini ifadə etməkdə çətinlik çəkir, sonra həmin çətinliklər birikib böyük bir konfliktə çevrilir. Mənim də başıma gəlib bu, illərlə gözləyib, bir gün hər şey patlayıb. Sonra başa düşdüm ki, çox vaxt səbəb bizə verilən reaksiyalardır, onların necə alındığı da önəmlidir. Səhv yerə qəzəbimizi yönəltmək lazım deyil.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir