yemeye ne var 2

Balığı fransız üsulu ilə belə hazırlayın - "YEMƏYƏ NƏ VAR?"

Baxış sayı: 531

Bu, bütün ailə üçün uyğun olan sadə, ətirli və büdcəyə uyğun yüngül şam yeməyidir.

Beləliklə, fransız üsulu ilə balığln necə hazırlanması ilə bağlı resepti təqdim edirik:

Bu balıq yeməyi ailənizin hər bir üzvünün xoşuna gələcək. Hazırlanması çox asandır və tavada qızartmağa ehtiyac yoxdur.

 

Tərkibi:

Balıq filesi – 400 qram

Xama – 2 xörək qaşığı

Qara istiot – ½ çay qaşığı

Xardal – 1 çay qaşığı

Soya sousu – 2 xörək qaşığı

Sərt pendir – 50 qram

Soğan – 2 ədəd

Kök – 2 ədəd

Duz, istiot – zövqə görə

Yağ – 2 xörək qaşığı

BALIQ

Hazırlanma qaydası

Əvvəlcə balıq filesini kiçik tikələrə bölün və soba qabını bitki yağı ilə yağlayın. Balığı qabın içində bir qat şəklində düzün. Marinad üçün xama, istiot, soya sousu və xardalı qarışdırın.

Hazırladığınız marinadı balığın üzərinə bərabər şəkildə yayın və bir neçə dəqiqə marinadlanması üçün saxlayın. Kökləri sürtgəcdən keçirin, soğanı isə xırda doğrayın. Tərəvəzləri tavada bir qədər qızardın, duz və istiot əlavə edib qarışdırın. Daha sonra bu qarışığı marinadlı balığın üzərinə əlavə edin.

Sonda pendiri sürtgəcdən keçirib ən üst qat kimi əlavə edin. Əvvəlcədən 180 dərəcəyə qədər qızdırılmış sobada 25-30 dəqiqə bişirin.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir