borc

Pulu hara xərclədiyini bilməyənlər üçün borcdan qurtulma yolları

Baxış sayı: 433

Borclar – kredit kartı qalığından tələbə kreditlərinə qədər milyonlarla insan üçün reallıqdır. Bu, çox vaxt ağır görünə bilər, amma düzgün planla maliyyə azadlığı mümkündür. Son vaxtlar GOBankingRates-ə verdiyi müsahibədə tanınmış maliyyə mütəxəssisləri Dave Ramsey və Rachel Cruze borclardan qurtulmaq və pulunuza nəzarəti bərpa etmək üçün sınaqdan keçmiş strategiyalarını paylaşdılar. Onların məsləhətləri əsasən impuls yaratmaq və işlək büdcə qurmaq üzərində cəmlənir.

Beləliklə, Dave RamseyRachel Cruzenin borclardan qurtulmaq və pulunuza nəzarəti bərpa etmək üçün sınaqdan keçmiş strategiyalarını təqdim edirik.

 

Kiçikdən başla və irəliləyişi qur

Ramsey borcları ödəməkdə “qar topu metodu”nun qatı tərəfdarıdır. Bu metodda ən kiçik borcunuzu ilk növbədə tam ödəyirsiniz (faiz dərəcəsindən asılı olmayaraq), digər borclara isə minimum ödəniş edirsiniz.

“İlk növbədə ən kiçik borcdan başlamaq lazımdır, faiz dərəcəsi fərq etməz” – deyə Ramsey bildirir və əlavə edir: “Qar Topu Metodu işləyir, çünki şəxsi maliyyə 80% davranışdan, yalnız 20% bilikdən ibarətdir. Məntiq sadədir: kiçik qələbələr inam yaradır. İlk borcu bağlamaq sizə tez bir qələbə qazandırır və motivasiya verir. İrəliləyişi gördükdə isə daha da həvəslənirsiniz”.

Pulu hara xərclədiyinizi bilmirsiniz? -

Bəs niyə təkcə riyaziyyat borcu həll etmir?

Bəzi mütəxəssislər deyirlər ki, ən yüksək faizli borclardan başlamaq (bu, “lavina metodu” kimi tanınır) uzun müddətdə daha çox pula qənaət edir. Ramsey isə bununla razılaşmır və bildirir ki, borc əslində riyaziyyat problemi deyil, davranış problemidir. “Əgər pulunun hara xərcləndiyini əvvəlcədən müəyyən etməsən, sonda onun hara getdiyini düşünmək məcburiyyətində qalacaqsan” – deyə o bildirib. “Ən güclü sərvət toplama alətin gəlirindir, buna görə də hər bir dolların hara xərclənəcəyini məqsədyönlü şəkildə planlaşdırmalısan. Mən aylıq, sıfır əsaslı büdcə planı tərtib etməyi tövsiyə edirəm. Bu üsulda gəlirlə xərclər bərabərləşdirilir və nəticədə sıfır alınır. Hər dolların bir adı olur. Bu zaman tezliklə hansı kateqoriyalarda həddindən artıq xərclədiyini və əslində necə qənaət edə biləcəyini görəcəksən”. Cruse əlavə edib ki, büdcə planlaşdırılması insanlara maliyyə üzərində nəzarət imkanı verir və adətən borcla birlikdə gələn stresin azalmasına kömək edir.

Nəticə etibarı ilə Ramseyin “qar topu” metodu insanlara impuls yaratmağa kömək edir, Cruzenin büdcələşdirmə məsləhətləri isə hər dolların məqsədli istifadəsini təmin edir. Onların strategiyaları birlikdə göstərir ki, uzunmüddətli maliyyə uğuru davranış, planlama və motivasiyada gizlənir.

 

Tənzilə Ağabalayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir