Nermine Abbasova

Nərminə Abbasova: “Bu simptomlar çox vaxt beyin şişləri, damar problemləri ilə əlaqəli olur”

Baxış sayı: 415

“Günümüzdə sinir sistemi xəstəlikləri olduqca geniş yayılıb. Buna səbəb bir çox daxili və ərtaf mühitin xarici faktorlarıdır. Sinir sistemi xəstəlikləri yalnız özünün deyil, həmçinin digər orqanların xəstəlikləri və əlamətləri kimi də özünü büruzə verə bilir”.

Bu məqalədə  MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova ilə birlikdə sinir sistemi xəstəlikləri, onun növləri, simptomları və müalicə üsulları haqqında bəhs edəcəyik.

Nərminə xanımın sözlərinə görə, sinir sistemi xəstəlikləri zamanı ən təhlükəli məqam budur ki, sinir sistemi hüceyrələri yeganə hüceyrələrdir ki, məhv olduqdan sonra öz-özünü bərpa etmək qabiliyyətinə malik olmur:

“Sinir sistemi baş və onurğa beynindən çıxan və ətraf sinirlər olmaqla iki böyük şöbəyə ayrılır. Sinir sisteminin özündən qaynaqlanan xəstəliklər sadə psixoloji problemlərdir ki, bunlara da yuxu, depressiya, həyəcan, eyni zamanda orqanik sistemi xəstəliyi sayılan epilepsiya, baş ağrıları, demensiya – yəni ağlın zəifləməsi, qazanılmış bilik və vərdişlərinin itirilməsi, yenilərinin mümkünsüzlüyü, alzeimer, parkinson aiddir. Digər orqan və xəstəliklərdən mövcud olan sinir xəstəliklərinə isə xüsusən nisbətən yaşlı insanlarda ürək-damar, endokrin problemləri, triod – qalxanabənzər vəzi problemləri, şəkərli diabetlə əlaqəli ikinci dərəcəli sinir xəstəlikləri aiddir”.

Həkim deyir ki, sinir sistemi bədənimizin ən vacib hissələrindən biridir və onun sağlam qalması ümumi rifahımız üçün çox əhəmiyyətlidir. Onun sözlərinə görə, sinir sistemi xəstəlikləri müxtəlif səbəblərlə əlaqəli ola bilər və fərqli simptomlarla ortaya çıxa bilər:

“Sinir sistemi beynimizin, onurğa beynimizin və digər sinir yollarının fəaliyyətinə birbaşa təsir edir. Mərkəzi sinir sistemi infeksiyaları tez və dəqiq diaqnoz tələb edir. Çünki bu infeksiyalar çox vaxt ciddi nəticələrə səbəb ola bilər. Mərkəzi sinir sistemi infeksiyaları meningit və ensefalit kimi xəstəlikləri əhatə edir.

Qeyd edim ki, mərkəzi sinir sistemi infeksiyalarının vaxtında diaqnozu və müalicəsi çox vacibdir. Çünki bu xəstəliklər beyinin qalıcı zədələnməsinə və ya ölümə səbəb ola bilər. Klinikamızda mütəxəssislər tərəfindən aparılan MRT, KT və bel punksiyası kimi müayinələrlə dəqiq diaqnozlar həyata keçirilir. Buyurub, hər kəs müayinələr gələ bilər. Müayinələr çox əhəmiyyətlidir”.

Ailə həkimi bildirdi ki, mərkəzi sinir sistemi xəstəliklərinin müalicəsi multidissiplinar yanaşma tələb edir və bu müalicə üsulları xəstəliyin növündən və şiddətindən asılı olaraq fərqlənir.

 

Nərminə xanım qeyd etdi ki, uşaqlarda sinir sistemi xəstəlikləri erkən diaqnoz və müalicə tələb edir. Çünki bu xəstəliklər uşaqların inkişafına və öyrənmə bacarıqlarına ciddi təsir göstərə bilər:

“Erkən yaşlarda sinir sistemi problemləri motor bacarıqların, nitqin və ümumi kognitiv funksiyaların ləngiməsinə səbəb ola bilər. Uşaqların sinir sistemi xəstəliklərinin müalicəsində pediatrik nevroloqlar tərəfindən aparılan müayinə və qiymətləndirmə çox əhəmiyyətlidir. Reabilitasiya proqramları, dərman müalicəsi və lazım gəldikdə cərrahi müdaxilələr bu müalicə prosesində tətbiq edilir”.

Sinir sistemi xəstəliklərinin simptomlarından bəhs edən Nərminə xanım bildirdi ki, simptomlar müxtəlif ola bilər. Onun sözlərinə görə, bu simptomlar xəstəliyin təsir etdiyi hissəyə görə dəyişir:

“Mərkəzi sinir sistemi xəstəliklərinin əsas əlamətləri sırasında baş ağrısı və başgicəllənmə, hərəkət problemləri, görmə və nitq problemləri, koqnitiv funksiyaların pozulması halları var. Baş ağrısı və başgicəllənmə simptomları mərkəzi sinir sistemi problemlərinin ən çox rast gəlinən əlamətləridir və migren, şişlər və ya infeksiyalarla əlaqədar ola bilər. Tremorlar, əzələ zəifliyi, koordinasiya pozğunluğu və paraliziya sinir sistemi xəstəliklərinin motor əlamətləridir. Görmə pozğunluqları və ya nitqdə çətinliklər isə mərkəzi sinir sistemi xəstəliklərinin göstəricisi ola bilər və bu simptomlar çox vaxt beyin şişləri və ya damar problemləri ilə əlaqəlidir. Yaddaş itkisi, diqqət çatışmazlığı, konsentrasiya problemləri və huşun bulanıqlığı isə mərkəzi sinir sistemi xəstəliklərinin kognitiv əlamətləri ola bilər.

Qeyd etdiyim kimi, sinir sisteminin bərpası uzun müddət tələb edə bilər və bu prosesdə nevroloji reabilitasiya mühüm rol oynayır”.

 

 

Ailə həkimi deyir ki, reabilitasiya proqramları vasitəsilə xəstələrin motor funksiyaları, danışıq bacarıqları və ümumi funksional səviyyəsi bərpa edilir:

“Fiziki Terapiya əzələ gücünün və hərəkət qabiliyyətinin bərpası üçün tətbiq edilir. Bu terapiya sinir sisteminin zədələnməsindən sonra xəstələrin hərəkət etmə qabiliyyətini artırmağa kömək edir. İş terapiyası isə xəstələrin gündəlik fəaliyyətlərini yenidən qazana bilməsi üçün xüsusi məşqlər və təlimlərdən ibarətdir. Bu terapiya onların müstəqilliyini bərpa etməyə kömək edir.

Bir də var danışıq terapiyası. Nitq və udma problemləri olan xəstələr üçün danışıq terapiyası çox əhəmiyyətlidir. Bu terapiya xəstələrin kommunikasiya bacarıqlarını bərpa etməyə kömək edir.

Ümumiyyətlə, sinir sistemi xəstəliklərinin müalicəsi və bərpası çox vaxt çətin və vaxt tələb edən bir prosesdir. Lakin erkən diaqnoz və düzgün müalicə ilə xəstələrin həyat keyfiyyətini yaxşılaşdırmaq mümkündür. Sinir sistemi xəstəliklərinin əlamətlərini erkən mərhələdə tanımaq və vaxtında həkimə müraciət etmək bu prosesdə ən vacib addımlardan biridir.

Mən MayoMed Klinikasının Baş həkimi olaraq saytınız vasitəsilə oxucularınıza bildirmək istəyirəm ki, sinir sistemi xəstəlikləri ilə bağlı narahatlıqları olanlar vaxt itirmədən Klinikamızda nevroloqumuza yaxınlaşa bilərlər. Bu çox vacibdir. Çünki qeyd etdiyim kimi, müalicə və bərpa prosesi nə qədər erkən başlasa, nəticələr də bir o qədər müsbət olacaqdır”.

 

Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir