Ramazanda diyetini davam etdirmək istəyənlər üçün məsləhətlər

Baxış sayı: 1. 494

Ramazan ayında oruc tutmaq hər müsəlmanın ən ümdə istəklərindəndir.

Ancaq bütün günü ac qalıb kalorinin ən çox bədənə yığıldığı bir vaxtda – axşam bu aclığı yatırtmaq və əsasən güclü qidalar qəbul etmək artıq çəkini də qazanmaq deməkdir. Bərəkətli və zəngin iftar süfrələrinin gözəlliyinə qarşı gəlmək diyet saxlayanlar üçün daha da çətindir. Ancaq artıq çəki problemi olanlar və diyetini Ramazanda da pozmaq istəməyənlər üçün çıxış yolu var. Qidalanma və diyet mütəxəssisi Elif Karacanoğlu buna necə qarşı gəlinə biləcəyi və necə artıq çəki toplamamağın yolları barədə danışıb. Beləliklə…

– Ramazanda diyetinizi pozmaq istəmirsinizsə, tam taxıllı çörəkdən istifadə edin.

– Təxminən 15 saat ac qalacağınız və yemək sayı ikiyə düşəcəyi üçün mütləq sahura qalxın.

– Bol su içməyə diqqət göstərin. Bədən gün boyu susuz qaldığı üçün ən azı 2 litr (10 stəkan) su içməyi nəzərdə saxlayın.

– İftarda kalori dəyəri az olan və yağ nisbəti aşağı qidalara üstünlük verin.

– Sahurda tam taxıllı çörək, soyutma yumurta, süd, pendir, zeytun, qoz, meyvə, açıq çay və bol su qəbul edin. Kəpəkli çörəkdən hazırlanan bir tost və ya bir kasa şorba da yeyə bilərsiniz.

– İftarda isə süfrəyə əyləşdikdə dərhal yeməyə başlamaq əvəzinə bir kasa şorba və ya tam taxıllı çörək yeməyə səy göstərin. Şorba və tam taxıllı çörəkdən təxminən 20 dəqiqə sonra az yağlı ət, balıq, toyuq, ətli tərəvəz yeməyi ilə birlikdə salat, qatıq yeyə bilərsiniz.

– Yeməkdən təxminən 2 saat sonra da bir ara yemək üçün biraz meyvə yeyin.

– Şirniyyatsız qala bilmirsinizsə, şərbətli şirniyyatlar əvəzinə dondurma kimi yüngül südlü şirin məmulatlar yeyə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir