Amerikalı psixoloq Mark Trevers hesab edir ki, təkcə sevgi möhkəm münasibətlər üçün kifayət etmir. O, hər bir cütlüyün nikahdan əvvəl öyrənməli olduğu iki əsas dərsi vurğulayır.
1) Problemlər öz-özünə yoxa çıxmır
2) Nikah bir dəfəlik qərar yox, davamlı seçimdir
Cəmiyyətdə yayılmış bir mifə görə, əsas sınaq toy günüdür. Elə bilinir ki, nikah bağlandıqdan sonra hər şey təbii şəkildə inkişaf edəcək. Amma müasir ailə münasibətləri daha mürəkkəbdir. Burada tərəfdaşdan eyni anda həm dəstək, həm dostluq, həm maliyyə sabitliyi, həm ilham, həm də uşaqların tərbiyəsində iştirak gözlənilir. Bütün bunlar isə gündəlik diqqət, səy və münasibətlərə daimi yatırım tələb edir. Uğurlu ailə statusa deyil, tərəfdaşların hər gün öz üzərində işləmək və ailə naminə daha yaxşı versiyaları olmağa hazır olmalarına əsaslanır.
Nikahı bir hadisə kimi deyil, müntəzəm iş tələb edən proses kimi qəbul etmək vacibdir. Bəzən bu iş asan, bəzən isə çətin olacaq, amma məhz həmin gündəlik praktika münasibətləri daha möhkəm və uzunömürlü edir.
Sifayə Abbas