Saç sağlamlığımızın göstəricilərindən biridir. Böyüklərdə olduğu kimi, uşaqlarda da saç tökülməsi müşahidə oluna bilər. Bu hal valideynlərdə narahatlıq yaratsa da, çox vaxt müalicə oluna bilən səbəblərdən qaynaqlanır. Uşaqlarda saç tökülməsi həm bədən sağlamlığına, həm də psixoloji vəziyyətinə təsir göstərə bilər.
Saç tökülməsinin səbəbləri
1) Qidalanma ilə bağlı səbəblər
Uşağın menyusunda dəmir, sink, maqnezium, D vitamini və B qrup vitaminləri çatışmadıqda saç kökləri zəifləyir.
Çoxlu şirin və fast-food qidaları da saç sağlamlığına mənfi təsir göstərir.
2) İnfeksiyalar və xəstəliklər
Göbələk infeksiyası (trixofitiya) uşaqlarda ən çox rast gəlinən səbəblərdəndir. Baş dərisində dairəvi boşluqlar əmələ gətirir.
Qalxanabənzər vəzin pozğunluqları (hipo- və ya hipertiroidizm) saç tökülməsinə səbəb ola bilər.
Qızdırmalı infeksiyalar, ağır xəstəliklərdən sonra saçlar seyrəlməyə başlayır.
3) Dərmanların təsiri
Bəzi antibiotiklər, qızdırma əleyhinə və ya uzunmüddətli müalicə dərmanları saç tökülməsinə səbəb ola bilər.
4) Psixoloji amillər
Məktəb, imtahan stresi, qorxular və gərginlik saçların tökülməsini artırır.
Bəzi uşaqlar saçlarını dartmaq vərdişinə də sahib ola bilirlər (trixotillomaniya).
5) İrsi faktor
Əgər ailədə saç tökülməsi tez müşahidə olunubsa, uşaqlarda da bu hal baş verə bilər.
Saç tökülməsi hansı zərərləri verə bilər?
Bəzən sadəcə kosmetik problem kimi görünür, amma altında qanazlığı, vitamin çatışmazlığı və ya ciddi xəstəliklər gizlənə bilər.
Saç seyrəkləşməsi uşaqlarda özünəinamı azalda bilər.
Uzunmüddətli və müalicəsiz qaldıqda bəzi hallarda saç kökləri zədələnə bilər.
Valideynlər nə etməlidir?
Uşağın qidalanmasını zəngin və balanslı edin: yumurta, ət, balıq, süd məhsulları, tərəvəz və meyvələr mütləq olsun.
Kimyəvi şampunlardan, saç boyasından və sərt daraqlardan uzaq olun.
Əgər saç tökülməsi dairəvi ləkələrlə gedirsə, mütləq həkimə müraciət edin – bu göbələk ola bilər.
Tökülmə 1–2 aydan çox davam edirsə, pediatr və ya dermatoloqun müayinəsi vacibdir.
Nəticə
Uşaqlarda saç tökülməsi çox vaxt keçici və səbəbi tapıldıqda asanlıqla müalicə olunan bir problemdir. Erkən diaqnoz qoyulduqda, həm sağlamlıq qorunur, həm də uşağın saçları əvvəlki kimi sıx və sağlam şəkildə yenidən çıxır. Valideynlərin əsas vəzifəsi – səbəbi vaxtında görmək və həkimə müraciət etməkdir.
Pediatr Atlaz Möhsümova
(Mütəxəssislə 077 250 11 37 mobil nömrəsi vasitəsiylə əlaqə saxlaya bilərsiniz.)













































































































































































Usaqda saç tokumesi cox vaxt narahatliq yaradir ama eslinde bu, tez-tez müalicə oluna bilən bir haldir. Her haıda hekim bizxe bele demisdi.
Mence usaqla balansli qidalanma ve saglam heyat terzi terbiye etmek vacibdir. Bu, hem saglamliqlarina, hem de ozuneinamlarina musbet tesir eder. Kimyavi mehsullardan ise uzaq durmaq yaxsidi.
Uşaqlarda saç tökülməsinin müxtəlif səbəbləri olması doğru deyirsiniz. Mənim uşağımda bu problem infeksiya səbəbindən oldu. Başında dairəvi boşluqlar əmələ gəldi. Həkimə gedəndə göbələk olduğunu bildik. Müalicə aldıq, bir müddət sonra düzəldi. Xüsusilə valideynlər diqqətli olmalı və belə simptomları vaxtında görməlidir.
Saç tokulməsi həm də əslində uşağın psixoloji halına çox təsir edə bilər. Mənim bacımın uşağında bu problem vardı və məktəbdəki dostları ilə münasibətləri zədələndi. Buna görə də, məqalə çox yaxşı yerə toxunub. Uşaqlara sağlam qidalar verilməsi və stresin azaldılması lazımdır. Ümumiyyətlə, bu mövzu hələ də çox müzakirə edilməli bir məsələdir.
Bilmədiyim bir şey öyrəndim, məsələn, dərmanların da saç tokulmasına səbəb ola biləcəyini eşitməmişdim. Bizim uşaqlarda da bəzən dərman istifadəsi olur, amma bu tərəfi heç düşünməmişdim. Çox doğru vurğulayırsınız ki, vaxtında müayinə etmək vacibdir. Həmçinin, şirin qidaların çox olmasının təsiri də böyükdür.
Saç tokulməsi məsələsi valideynləri çox narahat edir, amma məqalədəki kimi düzgün qidalanma və stressə qarşı tədbirlər görmək çox vacibdir. Məncə uşaqlara qarşı diqqətli olmaq lazım, çünki bir çox valideyn bu problemə diqqət yetirmir, amma nəticədə daha ciddi şeylərə səbəb ola bilər. Düzgün məlumatlandıqdan sonra daha rahat şəkildə idarə etmək mümkündür.
Oğlumun saçları bir müddət töküldü, amma düzgün qidalanmaya başladıqdan sonra yaxşılaşdı. Əslində, mən də əvvəlcə bunun çox sadə bir şey olduğunu düşünürdüm, amma yaxşı bilmək lazımdır ki, stress və ya dərmanlar da bu cür problemlərə səbəb ola bilər. Həkimə müraciət etmək ən doğru addım olardı.
Mənim uşağımda da əvvəllər saç tökülməsi olmuşdu, amma səbəbini tapa bilmirdik. Həkimə müraciət etdikdən sonra məlum oldu ki, problem stressdən qaynaqlanırmış. Məktəb imtahanları çox təsir etdi. Amma nə yaxşı ki, artıq bu problem aradan qalxdı. Həm də valideynlər uşaqları düzgün qidalandırmalı, onlara stress yaratmamalıdır.
Mənim kiçik oğlumda saç tökülməsi başladı və bu məqaləni oxuyanda çox narahat oldum. Həqiqətən də, uşağımın yaxşı qidalanmadığını və çox stressli olduğunu görürəm. Məktəbdəki dərslərin ağırlığı onu çox narahat edir, amma heç vaxt düşünməmişdim ki, bu saç tökülməsinə səbəb ola bilər. İndi isə dərhal diqqət yetirəcəyəm ki, yeməkdə daha sağlam qidalar olsun və onu daha rahat və stressiz etməyə çalışacam. Ümid edirəm ki, bu problem tezliklə həll olunacaq.
Məqalə çox faydalı oldu, çünki bir çox valideyn bunu bilmədən uşaqlarının sağlamlığını pozur. Mənim uşağımda da bir müddət saç tökülməsi oldu və biz çox narahat idik. Amma düzgün qidalanma və stressdən uzaqlaşdırma məsələsini tətbiq etdikdən sonra artıq heç bir problem qalmadı. Çox təəssüf ki, çox insan bu barədə məlumatlı deyil.
Saç tökülməsinin uşaqlarda belə ciddi ola biləcəyini heç bilmirdim! Mənim qızımda da bir neçə həftədir saç dökülməsi başladı, çox narahat oldum. Düşünürəm ki, bu həm də onun psixoloji vəziyyəti ilə bağlıdır, çünki məktəbdəki təzyiq və imtahanlar onu çox yorur. Bəlkə də qidalanma problemi də var, çünki tez-tez şirin qidalar yeyir. Həkimə getməyi planlaşdırıram, amma əvvəlcə də ona stressi azaltmağa çalışacağam. Məqalə çox faydalı oldu, təşəkkür edirəm.
mence enenevi movzulardan kenar olan bir probleme toxunmusunuz. Hansi ki bu tip meseleleler haqda diger problemlerden daha az danisilir. Tesekkur edirem doktor xanima