Körpənizi arxası üstə yatızdırarkən boynu bir tərəfə doğru əyilirsə, istiqamətini dəyişəndə də yenə əyrilik davam edirsə və düzəltməyə çalışdığınızda düzəlmirsə, diqqət edin. Körpənizdə boyun əyriliyi ola bilər!
Yeni doğulan körpələrdə rastlanan və tez fərqinə varanda əməliyyata ehtiyac olmadan idman hərəkətləri ilə müalicə edilən boyun əyriliyi nədir?
Boyun əyriliyi adından bilindiyi kimi, boynun əzələ ilə qaynaqlanan anadangəlmə bir əyriliyidir. Boynun yanlarında yerləşən cüt başlı SCM əzələsi bir tərəfdə daha gərgin və qısa olur. Əzələyə toxunanda zeytun boyda şişkinlik hiss edilir. Baş həmin tərəf üstə əyilmiş, üz önə baxan şəkildə olur.
Anadangəlmə genetik bir hal olduğu deyilir.
Bundan başqa boyun ətrafında, badamcıq, qulaq kimi orqanların infeksiyası zamanı yaranan limfa vəzləri ağrılıdırsa, boyun əyriliyinə yol açır. Histeroid deyilən psixiatrik pozuntular da boyun əyriliyinə yol açır.
Nə etməliyik?
Travmatologiya üzrə mütəxəssislə görüşün. Dərhal müşahidə etsəniz, 6 aya qədər idman hərəkətləri ilə düzəldilə bilər. Körpənin yatağı mütləq əyriliyin əksi yönünə boynunu döndərə biləcəyi şəkildə olmalıdır.
Müalicə edilməsə, nə olar?
Üzdə gözləri aydın göstərən assimetrik cizgi yaranır. 1-4 yaş arasında düzəlməsə, əməliyyata ehtiyac ola bilər. 7 yaşdan sonra əməliyyat edilsə belə, bunu düzəltmək olmaz.