Süd vəzi xərçəngi fərqindəlik ayı çərçıvəsində Orzax Azərbaycan ofisində təşkil olunan tədbirdə həkim-onkoloq, xəstəliyi yaşamış qadınlar və sosial aktiv insanlar bir araya gəldi. Görüşün məqsədi süd vəzi xərçəngi barədə ictimai məlumatlılığı artırmaq, erkən diaqnostikanın əhəmiyyətini vurğulamaq və qadınlarda öz sağlamlıqlarına qarşı məsuliyyət hissini gücləndirmək idi.
Tədbirdə şirkətin həkim əməkdaşı, dəvət olunan həkim-onkoloq süd vəzi xərçənginin müasir müalicə üsulları, erkən aşkarlanmanın həyati əhəmiyyəti və profilaktik tədbirlər barədə ətraflı məlumat verdilər. Xəstəliyi yaşamış qadınların şəxsi hekayələri isə tədbir iştirakçılarına güc, motivasiya və inam aşıladı.
Orzax Azərbaycan olaraq biz sağlam cəmiyyətin formalaşmasına töhfə verməyi, qadın sağlamlığına dair fərqindəlik yaratmağı və hər bir qadının sağlam gələcəyi üçün dəstək olmağı prioritet hesab edirik.