paltaryuyan

Paltarı evdə daha tez qurutmaq üçün yuyanda bu düyməni basın

Baxış sayı: 447

Evində qurutma maşını olmayanlar üçün xüsusilə soyuq aylarda paltarların quruması əsl problemə çevrilə bilər, lakin düzgün üsuldan istifadə etməklə nəmlik və kif probleminin qarşısını almaq, həm də paltarları daha tez qurutmaq mümkündür.

 

Paltarın evdə qoxusuz və tez quruması üçün nə etmək lazımdır?

Paltar yuyulduqdan dərhal sonra çıxarılıb asılmalıdır. Onu uzun müddət maşında saxlamaq küf və xoşagəlməz iyə səbəb ola bilər. Asarkən parçalar bir-birinin üstündə yox, aralı şəkildə yerləşdirilməlidir.

Ən vacib addımlardan biri yuma aparatında daha güclü sıxma (отжим / spin) rejimini seçməkdir. Bu düymə yuyucu maşın panelində yuma rejimlərinin yanında yerləşir və dövr/sürət (800-1200-1400 rpm) kimi göstərilir. Nə qədər yüksək seçilərsə, parçadan bir o qədər artıq su çıxır və paltar daha tez quruyur. Əgər parçanın etiketi icazə verirsə, lazım gələrsə, əl ilə də əlavə sıxmaq olar.

Asmazdan əvvəl paltarı yaxşıca çalxalamaq vacibdir ki, qatlar açılıb hava dövranı asanlaşsın. Qurutma qurğusunu açıq pəncərə yanında və ya yaxşı havalanan yerdə yerləşdirmək lazımdır. Paltarları hər bir neçə saatdan bir çevirib yönünü dəyişmək quruma prosesini sürətləndirir.

Paltarı evdə daha tez qurutmaq üçün yuyanda bu düyməni basın

Bir saat ərzində paltarı necə tez qurutmaq olar?

Bəzən konkret bir geyimi təcili geyinmək lazım olur. Bu halda bir neçə effektiv üsul tətbiq edilə bilər:

Fenlə qurutma: geyimi sərib 10 santimetr məsafədən isti hava ilə tədricən qurudun, hər bir neçə dəqiqədən bir çevirin.

Ütü ilə buxar rejimində: paltarın üstünə pambıq dəsmal sərib iki tərəfini ütüləyin, sonra asın və proses təkrar oluna bilər.

İsitmə batareyası və ya soba/fan yaxınlığı: paltarı birbaşa cihazın üstünə deyil, yaxın məsafəyə asmaq lazımdır. Hava axını daim ona tərəf yönəlsin.

Dəsmal “ruleti”: paltarı təmiz quru dəsmalın üstünə sərib sıx rulon edin və əllə sıxın. Dəsmal nəmləndikcə dəyişin. Bu sadə üsulları tətbiq etməklə, qurutma maşını olmadan belə, paltarları mənzildə daha tez və qoxusuz şəkildə qurutmaq mümkündür.

 

Xədicə Əfqan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir