Ruzanna Besirova

Uşaqlara və gənclərə pul idarəetmə bacarıqlarını necə öyrətməli?

Baxış sayı: 552

Uşaq vaxtı hamımıza “al bu pulu məktəbdə özünə kökə alarsan” deyib xırda pul uzadılıb. Və biz də o pulu o cür xərcləmişik.

Böyüyüb diqqət etdiyimiz zaman görürük ki, biz pulu almadan, pulu tanımadan öncə bizə onun təyinat istiqaməti verilib və biz böyüyüb bəlli bir yerə çatana, hətta pulu özümüz qazanana qədər, bəzən isə qazandıqdan sonra belə yenə də kor-koranə şəkildə xərcləyirik.

İlk olaraq etdiyimiz hər şeyi, “mən bunu niyə edirəm”, “bunun mənə nə kimi faydası var” deyə sorğulasaq bu bizdə proseslərə düzgün yanaşmaq bacarığı formalaşdıracağıq.

Bu bacarıqlarımızdan biri də düzgün xərcləmək olacaq. Özümüz düzgün xərcləməyi bacarıqdan sonra əlbəttə, bu bacarığı övladlarımıza və yaxınlarımıza da aşılaya bilərik.

Bəs uşaq və yeniyetmələrdə pul xərcləmə bacarığını necə formalşdıraq?

usaq - pul

Öncəliklə pulun nə olduğunu, funksiyalarını, edə biləcəyi və edə bilməyəcəyi şeyləri uşaqlara öyrətməliyik.

Kimliyindən asılı olmayaraq öncəliklə unutmamalıyıq ki, pul hər şey deyil, o sadəcə bir vasitədir. Bəzən prosesləri sürətləndirsə də həlledici məqam hər zaman puldan asılı deyil.

Bəli, pul vasitəsilə bir çox şeyi tez və rahat əldə etmək mümkündür bunu gözardı etmirik. Lakin eyni zamanda bir şeyi əldə etmək üsul və metodları da önəmlidir.

Gəlin indi baxaq, görək pulun bir vasitə olduğu ilə tanış olan uşaq o pulu necə idarə etsə, daha produktiv ola bilər.

Pulun rahat idarə etmək üçün öncə bizim fikir və düşüncələrimizin dəqiq, konkret olması lazımdır. Çünki pul xərcləmək verilimiş qərarların ən sonuncu addımıdır.

Duyğularımızı tanıdığımız, fikirlərimiz dəqiq, konkret olduğu, istədiyimizdən əmin olduğumuz zaman verdiyimiz qərarlar da daha məntiqli olduğu üçün pulun idarə olunması da özlüyündən həll olunur.

Pulun idarə edilməsi eyni zamanda pulun məbləğindən də asılı olaraq dəyişir. İlk başda uşaq və yeniyrtmələrə onların rahatlıqla idarə edə biləcəyi kiçik məbləğləri həvalə edə bilərik. Bu zaman onlar pulu səhv idarə etmiş olsalar belə böyük bir maddi itki olmayacaq və bu onlaraa yaxşı təcrübə də qazandıracaq.

Daha sonra  isə məbləği tədricən artıraraq idarəetməni də daha yaxşıya doğru inkişaf etdirmələrinə kömək ola bilərik.

Eeyni zamanda ilk başda uşaq və yeniyetmələrlə birlikdə, onlara dəstək olmaq şərtilə pulu idarə etməyə çalışaraq təcricən prosesdəki fəaliyyəti azaldaraq bu işi yavaş-yavaş onların öhdəliyinə verə bilərik.

 

Ruzanna Bəşirova

Xərclər üzrə konsultant




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir