Nermine Abbasova

Oynaq problemləri: Ağrısız həyat üçün əhəmiyyətli məsləhətlər

Baxış sayı: 425

Oynaq problemləri bir çox insanın həyat keyfiyyətini ciddi şəkildə təsir edir və bunlar çox zaman yaşlanma, fiziki fəaliyyətin azalması və ya düzgün hərəkət etməmə nəticəsində baş verir”. Bu sözləri MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova deyir.

Onun sözlərinə görə, oynaq ağrıları və funksional problemlər, həm gənc yaşda, həm də yaşlı insanlarda tez-tez qarşılaşılan bir haldır:

“İstər idmançılar, istərsə də aktiv həyat tərzi sürən insanlar, istərsə də yaşlanmış şəxslər, oynaq xəstəlikləri ilə üzləşə bilər. Bu vəziyyətlər daha çox oynaqda iltihab və ya degenerativ dəyişikliklərlə əlaqədardır.”

oynaq

Oynaq problemlərinin əsas səbəbləri

Oynaq problemlərinin müxtəlif səbəbləri ola bilər, bunların başında isə ən çox rast gəlinənlər bunlardır:

Osteoartrit: Oynaq səthinin zədələnməsi və xırda qığırdaq zədələnmələri nəticəsində ağrı və hərəkət məhdudiyyəti.

Revmatoid artrit: İmmunitet sisteminin oynaq toxumalarına hücum etməsi və iltihablanma.

Bursit: Oynaq çevrəsindəki kisələrin iltihabı.

Tendonit: Əzələləri oynaqla birləşdirən tendinlərin iltihabı.

Oynaq zədələnmələri: Sıxı travmalar, yırtıqlar və s. nəticəsində meydana gələn ağrılar və hərəkət çətinlikləri.

 

Nərminə Abbasova bildirir ki, oynaq ağrılarının yaranmasında yeganə səbəb yaş deyil:

“İdmanla məşğul olan, ağır işlərdə çalışan və ya hərəkətsiz həyat tərzi keçirən şəxslər də oynaq problemləri ilə qarşılaşa bilər. Yükün düzgün paylanmaması, hərəkətlərin düzgün olmaması oynaqlarda iltihab və zədələnmələrə səbəb ola bilər.”

 

Oynaq problemlərinin qarşısını necə almaq olar?

Nərminə Abbasova qeyd edir ki, düzgün hərəkət və bəzi sadə tədbirlər ilə oynaq sağlamlığını qorumaq mümkündür:

Hərəkətlilik: Hər gün yüngül fiziki məşqlər, xüsusilə üzgüçülük və gəzinti kimi hərəkət növləri oynaqların hərəkətini saxlayır.

Sağlam çəki: Oynaqlara düşən yükün azaldılması, xüsusilə bel və diz oynaqları üçün çox əhəmiyyətlidir.

Düzgün duruş: Hər hansı bir fiziki fəaliyyətlə məşğul olarkən düzgün duruşun qorunması, oynaqlara olan təzyiqi minimuma endirir.

Gücləndirici məşqlər: Əzələləri gücləndirən məşqlər oynaq funksiyalarını dəstəkləyir, oynaqlarda əlavə təzyiq yaratmadan hərəkət etməyə imkan verir.

diz

Oynaq ağrıları ilə necə mübarizə aparmalı?

Əgər oynaq ağrıları artıq meydana gəlibsə, ilk növbədə mütəxəssisə müraciət etmək lazımdır.

“Bağ və əzələlərin zəifləməsi, artan hərəkət məhdudiyyətləri ilə oynaq funksiyalarının pisləşməsi zamanı fizioterapiya müalicələri çox effektiv ola bilər. Fizioterapiya ilə oynaqların funksional vəziyyətini yaxşılaşdırmaq mümkündür. Həmçinin, dərmanlar və qısa müddətli rest də ağrıları azalda bilər,” – deyə Nərminə Abbasova əlavə edir.

 

Ekspert, mütəmadi olaraq fizioterapiya prosedurlarına, masaj və müxtəlif rahatlama texnikalarına müraciət etmənin əhəmiyyətini vurğulayır.

“Yalnız ağrının yaranmasından sonra deyil, profilaktik məqsədlə də müalicə metodlarından istifadə etmək önəmlidir,” – deyə o əlavə edir.

Oynaq ağrılarından əziyyət çəkənlərə ŞAD XƏBƏR: bu yarpağı corabınızın içinə qoyun

Oynaq sağlamlığı ilə bağlı həll yolları fərdiləşdirilmiş yanaşma tələb edir. Nərminə Abbasova vurğulayır ki, müntəzəm hərəkət, balanslı həyat tərzi və düzgün diet ilə oynaqlarımızı uzun müddət sağlam saxlaya bilərik:

“Oynaq sağlamlığını qorumaq üçün doğru fiziki məşqlər, sağlam həyat tərzi və mütəxəssisə zamanında müraciət çox vacibdir. Unutmayın, oynaq ağrıları heç vaxt yüngül qəbul ediləcək bir məsələ deyil.”




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir