wifi

Hamilələr üçün Wi-Fi?

Baxış sayı: 2. 060

Hamilə qadınlar üçün Wi-Fi qurğusu Çində geniş müzakirələrə səbəb olub. BBC-nin xəbərinə görə, Çinin iki texnologiya şirkəti hamililər üçün nəzərdə tutulmuş, xüsusi parametrləri olan yeni simsiz qurğu uğrunda rəqabət aparır. “Qihoo 360” şirkətinin təqdim etdiyi qurğunun 3 parametri var: divara taxma, balans və hamilə qadınlar. Şirkətin iddiasına görə, 3-cü parametr qurğudan buraxılan radiasiyanı 70% azaldır.

“Xiaomi” şirkəti isə rəqibini marketinq taktikası işlətməkdə suçlayıb: “Onların iddia etdiyi hamiləlik rejimi, sadəcə, bir bazar taktikasıdır. Wi-Fi-dan istifadə təhlükəsizdir, rahat ola bilərsiniz”.

“Qihoo” şirkətinin baş katibi isə bildirib ki, şirkət radiasiyadan qorxanları hədəf alıb.

Qeyd edək ki, Wi-Fi kimi elektromaqnit dalğalarının insanların səhhətinə təsiri barədə müzakirələr davam edir. Lakin telekommunikasiya qurğularında istifadə olunan dalğaların sağlamlığa ciddi təsirinin olmadığı bildirilir.

Bununla belə, ABŞ-da yerləşən “BabySafe Wireless Project” təşkilatı xəbərdarlıq edir ki, simsiz radiasiya, həqiqətən, hamilə qadınlara və körpəyə təsir edir.

Ümumdünya Sağlamlıq Təşkilatı isə bu iddianı doğruldacaq sübutun olmadığını qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir